USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan dövləti: nə üçün yarandı və nə səbəbdən yox ola bilər?

Yaxud hay cəmiyyətinin düşüncə sistemindəki çatlara baxış 


https://img.baki-baku.az/news/2023/09/photo_8014.jpg

Bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyan maraqlı açıqlama vermişdi. O bildirmişdi ki, ölkəsinə kadastr şəhadətnaməsi almaq istəyir. Hətta, məsələni gələcək nəsillər üçün dövlət mirası şəklində izah etmişdi. Bu, nə demək idi? Əslində, Paşinyan bildirirdi ki, onun ölkəsinə aid heç nə yoxdur. Əlbəttə, baş nazirin belə bir fikir söyləməsi Ermənistanda geniş ajiotaj doğurmuşdu. O qədər böyük səs-küy qalxmışdı ki, həmin dalğanın fonunda heç kəs Nikolun söylədiklərinin reallıq olduğunun fərqinə varmamışdı. 

***

Görəsən, Ermənistanın özününkü olan nəyi var? Heç nəyi. Ümumən, ölkənin heç nəyi olmadığından, bundan irəli gələn düşüncə tərzi də erməni varlığının alt şüuruna yol tapıb. Həqiqətən, yalnız özünə məxsus heç nəyi olmayan qövm yırtıcı kimi ətrafa hücum çəkməyə, nə isə qopartmağa, çalışar. Ermənilər də Qafqazın yırtıcılarıdır. Baxın, onların ölkələrinin konstitisiyasında qonşulara qarşı ərazi iddiası yer alır. Dünyada ikinci belə bir dövlət varmı? Yox!

Əlbəttə, regionumuzda nəhəng imperiyalar olub.  Bu gün həmin imperiyaların varisləri qonşularına münasibətdə yaramaz mövqe tuturlarmı? Xeyr. Ən azından Ermənistan qədər iddialı deyillər. Çünki tarixdə yaşanmışların tarixdə qaldığı reallığı ilə qəbullanır, gələcəyə baxırlar. Ermənilər isə iddilar irəli sürməkdə pərgardırlar. Axı, dövlətçilik görməyiblər. Axı, özlərində nə isə olmayıb. Onlar üçün özününkülük hissi yaddır. Ona görə itirməyə heç nələri yoxmuş kimi davranırlar. Elə dövlətçiliyi itirmək də ermənilərə diskonfort hissi yaşatmır. Loru dildə deyək: sənin olmayanı itirməkdən niyə qorxasan ki?

***

O zaman, gəlin görək, Ermənistan adlı dövlətin mövcudluğunu zəruriləşdirən hansı amillər olub? Ermənilərin özlərinin uydurduqları və artıq gülüş predmetinə çevrilmiş rəvayət və hekayələrmi?.. Erməni ictimai şüurunun, belə demək mümkünsə, dərki platforması kilsədir. Onun yanaşma tərzi isə fundamentallıqdan uzaqdır. Tutalım, erməni kilsəsini dövlətçiliyin ideoloji məktəbi rolunda təsəvvürə gətirək. Görürük ki, təlqin etdikləri fəlsəfilikdən, yəni gerçək dövlətçilik ruhundan uzaq şeylərdir – nifrət, qəzəb, quldurluq, soyğunçuluq, qətllər və sair... Yəni, fəlsəfi əsasda üstünlük qazandıran dövlətçilik ruhu tipik erməni anlayışından uzaq məsələdir.

Əslində ermənilərə ideya-fəlsəfi çıxış nöqtəsi heç lazım da olmayıb. Oğurluqlar, quldurluqlaq, qətllər gerçəkləşdirmək üçün nə fəlsəfə? Digər tərəfdən, erməni qövmünün dövlətçilik ruhuna sahiblənməməsinin bir səbəbi də millətin daxili dünyagörüşüdür. Ermənilər hər zaman çalışıblar ki, kimlərsə onlar üçün nə isə etsinlər? Bu gün də eyni xarakterdədirlər. Onu da deyək ki, elə həmin o kimsələr erməniləri çox asanlıqla oyunlarına daxil edə biliblər. Baxın, erməni varlığının son iki yüz ilə yaxın müddətdəki fəaliyyəti kimlərinsə onlar üçün nəyisə etməsinin doğurduğu mənzərələr toplusudur. Daha doğrusu, söhbət kimlərinsə onlardan istifadəsinə dair “nümunələrdən” gedir. Maraqlıdır, əslində, faciəvi haldır ki, ermənilər həmin “nümunələri” də tarix kimi qələmə verirlər...

***

1830-cu ildə Cənubi Qafqaza “istifadə olunmaq” üçün köçürüldülər. Köçürüldülər ki, türk dünyası arasında xristian bufer zonası yaransın. “Plan” Qərbdə işlənilmişdi. Məqsəd Osmanlı dövlətini zəiflətmək, onun açılım nöqtələrinin qarşısını kəsmək idi. Bu, Rusiyaya da sərf edirdi, fars şovinizminə də. Və  “plan” kifayət qədər yaxşı işlədi. O qədər yaxşı işlədi ki, erməni qövmü 1918-ci ildə dövlət qazandı. Azərbaycanın əzəli və əbədi torpaqları, qədim türk yurdları hesabına formalaşmış dövlət.

...Özünə aid olmayana sahiblənmək iddiasını içində daşıyan erməni qövmü əldə olunmuşlarla kifayətlənmədi, yeni torpaqlar ələ keçirməyə qalxdı. Elə o zamandan XX əsrdə Azərbaycanla münaqişəsinin, belə demək mümkünsə, yeni “əsasları” meydana çıxdı. Bu münaqişə SSRİ-nin yarandığı ilk illərdə daha bir ulu türk yurdunun – Zəngəzurun Ermənistana güzəştə gedilməsi ilə “ahəngdarlıq” qazandı. Növbədə isə Qarabağ idi.

Nəhayət, XX əsrin sonlarına doğru sabiq SSRİ-nin süqutu yeni reallıqlar doğurduğu kimi, ermənilərin Qarabağ avantürasına da məxsusi “çalarlar” qazandırdı. Həmin “çalarlara” görədir ki, Azərbaycan xalqı otuz ilə qədər davam etmiş işğalla üzləşdi. İşğal Türk dünyası qarşısındakı bütövləşmə maneələrini dərinləşdirdi. Deməli, haqqında söz açdığımız “plan” daha “məhsuldar” oldu.

***

Zaman ötdü. Azərbaycan gücləndi. Bu güclənmə, bütövlükdə, Türk dünyasının təşəkkülü müstəvisində getdi. Diqqət yetirək, ölkəmizin möhtəşəm zəfəri ilə başa çatmış 44 günlük müharibədən sonra sözügedən trayektoriya fərqli şəkil aldı. Bu şəkillənmənin adı Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi, mahiyyətcə vaxtilə türk dünyasının bütövləşməsinə qarşı çıxarılmış erməni pazının aradan qaldırılmasını diktəyə çevirir.

Amma bu gün pis-yaxşı Ermənistan dövləti var. Azərbaycan 2020-ci ilin müharibəsindən sonra Ermənistanı, faktiki olaraq, pazlıqdan çıxmağa çağırır. İrəvan bunu anlamır, yaxud anlamaq istəmir. Üstəlik, Bakı İrəvana Zəngəzur dəhlizində iştirak təklif edir. Yenə də xeyri yoxdur. Deməli, Ermənistan dövlətçiliyi üçün böhran qaçılmazdır. Böhran həm də ona görə qaçılmazdır ki, erməni cəmiyyəti də məsələnin mahiyyətini anlamır. Anlamır ki, vaxtilə erməni dövlətinin varlığını zəruriləşdirən səbəb bu gün yoxdur.

Erməni cəmiyyəti onu da dərk edə bilmir ki, hazırda türk dünyası qlobal faktordur və Ermənistan onun qarşısında dayanmaq üçün çox xırda, əzib-keçilməsi asanlıqla mümkün olan maneədir. Erməni cəmiyyəti miflərin, əsatirlərin, rəvayət və hekayələrin təsirindən çıxmağı bacarmır. O cəmiyyət hələ də Tiqran, Njde, Aşot kimi yolkəsənləri, Andranik kimi tayqulaq cəlladları qəhrəman qiyafəsində görür. Bu qövm üçün saxta tarix, sərsəmliyi gələcəyə daşımaq vasitəsi olduğundan, vəziyyətlə barışa bilmir. Nəticə etibarilə Ermənistan cəmiyyəti daxilində baş verənlər aqonik mərhələyə çatır. Şovinist-revanşistlər, sanki içərilərində özlərinin oturduqları qazanın altını qalamaqla məşğuldurlar. Halbuki, obrazlı desək, onların həmin qazanın altındakı odunları götürmələri lazımdır.

***

Bəli, Ermənistan dövləti özünün məhvinə doğru gedir. Ermənilər isə bunu dərk etməyəcək qədər acınacaqlı durumdadırlar, iflic vəziyyətindədirlər. Bugünkü Ermənistan dövlətçilik təfəkkürünün işləmədiyi bir toplumun faciə yaşantısındakı dramatik tamaşanı xatırladır. O tamaşanı ki, onun ssenari müəllifi və quruluşçuları ölkədən kənardadırlar. Onlar öz qlobal oyunlarını oynamaqda israrlıdırlar və belələri üçün bu coğrafiyada Ermənistan dövlətinin var olub-olmayacağı heç bir əhəmiyyət daşımır. Erməni cəmiyyətinin isə bu biganəliyə qarşı çıxacaq nə ideoloji sistemi, nə də həmin sistemə bağlı daxili müqavimət hissi var. Onda olan yalnız budur – sabun köpüyü.

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Əvəz RÜSTƏMOV