USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Antikorrupsiya sertifikatı Dövlət Əmək Müfəttişliyi Xidməti onu almaq istəyir


https://img.baki-baku.az/news/2020/08/photo_80.jpg?v=MjAyMC0wOC0xNCAxMjozNjozNQ==

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən standartlaşdırma üzrə beynəlxalq təşkilat olan İSO təşkilatının (Beynəlxalq Standartlaşdırma Təşkilatı) antikorrupsiya siyasəti və korrupsiyaya qarşı fəaliyyət sertifikatının (İSO 37001) alınması üzrə işlərə başlanılıb. Prosesin gələn ilin ortalarınadək başa çatdırılması nəzərdə tutulur.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hazırda xidmətin bir neçə əməkdaşının təlimlərə cəlb olunması prosesi həyata keçirilir.

İSO 37001 standartı antikorrupsiya idarəetmə sistemini təşkilatlarda tətbiq etmək üçün nəzərdə tutulub. Bu standart korrupsiyanı aşkarlamaq, qarşısını almaq və aradan qaldırmağa kömək etmək üçün tətbiq edilən bir sıra mexanizmləri ehtiva edir, qanunun tələblərini praktik tədbirlərə çevirir. Sertifikat beynəlxalq tanınmaya və etibar qazanmağa kömək edir.

Sertifikatın alınmasında məqsəd korrupsiya və vəzifəli şəxslərin korrupsiya riskləri ilə mübarizə aparmaq üçün İSO 37001 sertifikatlaşdırılmış idarəetmə sistemini tətbiq etməklə təşkilatlardan yeni qaydalar və prosedurlar tələb etmək, korrupsiya risklərini idarə etmək üçün doğru təlimat, prosedur və siyasət dəstini təmin etməkdir. Tətbiq kiçik, orta və böyük beynəlxalq və lokal təşkilatlar üçün uyğundur.

Sertifikat qurumun beynəlxalq nüfuzunun gücləndirilməsi, habelə yeni sektorlara giriş imkanı yaradacaq, müştəri, vətəndaş və tərəfdaşların etibarını təmin edəcək.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət