USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Erməni avantürasının “bic uşağı”nın 32 ili

​​​​​​​Süni nəfəs aparatına qoşulmuş “DQR”i Azərbaycanın “tokdan ayıracağı” gün uzaqda deyil


https://img.baki-baku.az/news/2023/09/photo_7986.jpg

Dünən qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasından 32 il ötdü. Bunu yada salmağımızda məqsəd isə sadədir – hazırda saxta qurum sanki süni nəfəs aparatına qoşulub. Ermənistanda ölkənin Azərbaycana qarşı ərazi iddiasının nəticəsi olan bu avantüraya nəfəs vermək istəyən kəsim var. Həmin kəsimin nümayəndələri dünən bir-birini təbrik etdilər, bəziləri mətbuata çıxıb ağzına gələni danışdı, bəziləri isə isterik hala düşdü.

Bəli, rəsmi İrəvan və erməni siyasi dairələri “Artsax” sarsaxlığını nə qədər “Qarabağ xalqı”nın milli davası kimi təqdim etməyə çalışsalar da, bütün dünya yaxşı anlayır ki, söhbət Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından gedir. Bunu sübuta yetirməyin ən müxtəlif üsulları var. Ən başlıca sübut isə Ermənistan Respublikasının istiqlal bəyannaməsidir. O bəyannamə ki, ölkənin 5 iyul 1995-ci ildə qəbul edilmiş konstitusiyasının məhz ondan qaynaqlandığı məlumdur. 

Ermənistanın istiqalal bəyannaməsində bildirilir ki, sənəd 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Sovetinin və Artsax Milli Şurasının birgə qəbul etdiyi “Ermənistan SSR və Dağlıq Qarabağ Vilayətinin birləşməsi” haqqında ortaq qərara əsaslanır. Ermənistan konstitusiyasında isə ölkənin 23 avqust 1990-cı ildə qəbul edilmiş istiqlal bəyannaməsində yer almış ümummilli dəyərlərin əsas hədəf götürüldüyü bildirilir. Bəyannamə dövlətin adından qəbul edilmiş ali hüquqi dəyərə malik akt kimi, həm qonşu Türkiyənin şərq əyalətlərini “Qərbi Ermənistan” adlandırır, həm də beynəlxalq birlik tərəfindən dövlət olaraq tanınmayan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan ilə birləşməsi haqqında ortaq qərara əsaslanır.

Deməli, hər şey aydındır. Qeyd etdiklərimiz bir daha göstərir ki, hazırda Qarabağ müstəvisində meydana çıxan avantürist fikirlərin yekun məqsədi Qarabağı Ermənistana birləşdirməkdir. Heç bir halda “Qarabağ xalqı” və onun öz müqəddaratını təyin etməsi kimi məsələ yoxdur, bu, yalnız işğalçılığa hesablanmış cəfəngiyyatdır.

Digər tərəfdən, bu gün Ermənistan rəhbərliyi, Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan edən baş nazir Nikol Paşinyan administrasiyası bölgə ermənilərinin hüquq və azadlığı məsələsini qabardır. Üstəlik, hüquq və azadlıqlar üçün beynəlxalq təminat amili üzərində dayanır. Bunlar nəyə görədir? Şübhəsiz ki, həmin beynəlxalq təminatın mövcudluğundan “yararlanıb”, “Dağlıq Qarabağ Respublikası”nın dünyada tanınmasında tutacaq yer formalaşdırmaq məramı güdülür. Əlbəttə, bu gedişin son hədəfi də var – Ermənistana birləşmək.

Bəli, görünür, elə məhz buna görə Ermənistan Respublikası “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini heç zaman tanımayıb və indi də tanımır. Çünki ölkə onu öz ərazisi kimi görür. Hesab edir ki, əgər tanınma baş versə, gələcəyə hesablanmış plan alınmayacaq. Yeri gəlmişkən, onu da deyək ki, Ermənistanın Paşinyana qədərki iqtidarının zamanında ölkədə hazırlanmış müxtəlif xəritələrdə Qarabağ Ermənistan ərazisi kimi göstərilirdi. Təsəvvür edin, bir tərəfdən Azərbaycanla Qarabağ mövzusunda danışıqlar aparan sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan, digər yandan öz başbilənlərinə sözügedən xəritələri ölkənin hər yerinə, o cümlədən, təhsil müəssisələrinə yaymaq göstərişi verir, ikiüzlülük edirdilər. Çalışırdılar ki, mənfur plan beyinlərə yeridilsin.

Ancaq onlardan fərqli olaraq, N.Paşinyan, belə demək mümkünsə, daha səmimi davrandı. O, bütün “oyunları” kənara qoyaraq, təbiidir ki, eyni zamanda, Azərbaycan-Ermənistan danışıqlarının həmin vaxtadək olan axarını pozaraq, birbaşa bildirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Ardınca Şuşada – Cıdır düzündə nümayişkəranə rəqs etmə, içib sərxoş olma və sair. Nikolun hərəkətinin Ermənistana nəyin bahasına başa gəldiyi də məlumdur...

Bir daha bildirək ki, dünən 32-ci öldönümü qeyd edilmiş “Dağlıq Qarabağ Respublikası” Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından başqa bir şey deyil. Obrazlı desək, bu iddia kimsənin sahiblənmək istəmədiyi “bic uşaqdır”. Üstəlik, bu “vələdüzina” əvvəllərdə olduğu kimi, yenə süni nəfəs aparatına qoşulu vəziyyətdədir.

Qarabağ əbədi və əzəli Azərbaycan torpağıdır. Azərbaycan isə heç bir halda öz ərazisində separatçılıq yuvasının mövcudluğuna razılıq verməyəcək. Həm də ona görə ki, torpaqdan pay olmaz! Tarixdə Qarabağdakı erməni avantürizminin qol-qanad açmasına rəvac verən paylarımız olub. Bu gün güclü Azərbaycan dövləti sələflərinin yol verdikləri səhvləri bir-bir düzəldir. Düzəldir, həmçinin qətiyyətlə və əminliklə bəyan edir ki, Ermənistanın paytaxtı İrəvan əzəli və əbədi Azərbaycan torpağıdır, qədim türk yurdudur və bu, heç bir halda ərazi iddiası deyil, böyük haqdır. Ölkəmiz bütün haqlarına qovuşacaq!

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Əvəz RÜSTƏMOV