USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əli Əhmədovdan Tofiq Yaqublu məsələsi ilə bağlı facebook paylaşımı: "Siyasətin əxlaqla toqquşduğu çirkin hadisənin şahidləriyik"


https://img.baki-baku.az/news/2020/09/photo_796.jpg

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovun özünün “Facebook” səhifəsində müxalifət fəalı Tofiq Yaqublu ətrafındakı durumla bağlı fikirlərini bölüşüb. "Bakı-Baku.az" xəbər verir ki, Ə.Əhmədov T.Yaqublunun səhhətindəki durumdan siyasi divident qazanmaq istəyənlərin olduğunu vurğulayıb. "Siyasətin əxlaqla toqquşduğu çirkin hadisənin şahidləriyik. Bu gün üçün aktual olan müxalifətçinin elan etdiyi aclıqla əlaqədar səhhətində yaranmış problemlərin aradan qaldırılmasıdır. Dövlət öz üzərinə düşən vəzifənin yerinə yetirilməsində seçim etmir. Tofiq Yaqublunun sağlamlığının qorunması üçün lazım olan bütün tədbirlər görülür və görüləcək. Lakin təəssüf ki, əks düşərgənin mövqeyi insanın sağlamlığı deyil, ondan siyasi divident qazanmaqdan ibarətdir. Görünür, radikalları onların öz sıralarından olan birisinin həyatından daha çox, yaranmış vəziyyətdən faydalanmaq maraqlandırır”,  -deyə Ə.Əhmədov vurğulayıb.

Ə.Əhmədov paylaşımında diqqəti məhkəmə hökmündən qanuni etirazın olmasının mümkünlüyünə də yönəldib. “Tofiq Yaqublunun barəsində çıxarılan məhkəmə hökmündən narazı qalmasını həll etməyin məlum hüquqi prosedurları mövcuddur. Sağlamlığı hesabına hüquqa qalib gəlmək taktikasını düzgün seçim saymaq çox çətindir. Xüsusilə də, əgər bundan kimlərsə siyasi reytinqini yüksəltməyə çalışırsa. İnsanın həyatı və sağlamlığı heç bir halda siyasi alver və ya mübarizə predmeti olmamalıdır. Azərbaycanı bu cür çirkin siyasətdən qorumalıyıq”, - deyə Ə.Əhmədov fikirlərinə aydınlıq gətirib.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət