USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fransa – qəddarlıq simvolu

Zorakılığı dövlət siyasətinə çevirən rəsmi Paris Cənubi Qafqazda insan haqlarından dəm vurur


https://img.baki-baku.az/news/2023/09/photo_7942.jpg

Ərazisinə görə Avropanın ən böyük ölkəsi sayılan Fransa hazırda həmin “Qoca qitə”nin başı qalmaqallardan açılmayan və antisanitariyanın hökm sürdüyü bir əyalət məmləkətinə çevrilib. Bunu azı son iki-üç ildə Avropa İttifaqının bu mərkəzi ölkəsinin daxilində baş verən olaylar və Afrikada üzləşdiyi “qara təzyiqlərdən” hali olan hər kəs bilir. 

Pensiyaçılardan tutmuş aviapilotlara qədər Yelisey sara­yının qarşısına kimi yeriyən etiraz dalğası hələ də səngimə­yib. Bu dalğanın küləyində haqlarını tələb edən mitinqçilər tərəfindən dövlətin başçısı Emmanuel Makronun üstünə yu­murta atılması, üzünə şillə vurulması kimi maraqlı insidentlər də qeydə alındı. Və bütün bu biabırçılıqlar “Beşinci Respub­lika”da baş verirdi.

“Pensiya islahatı” na qarşı kütləvi nümayişlərdən cəmi iki həftə sonra – 2023-cü il iyulun 27-də Fransa cəmiy­yəti yenidən kükrədi. Səbəb on yeddi yaşlı yeniyetmə Nahel Merzukun polis tərəfindən öldürülməsi oldu. Polis onu nəqliyyat vasitəsini təyin olunmamış yerdə saxladığına görə güllələmişdi. Doğrudanmı, bu cəmiyyət qısa müddət­də hökumətin minimum pensiya yaşını iki il artırlılması ilə bağlı “islahatı”na ge­nişmiqyaslı hərəkatdan polis zorakılığı­na üsyana, qiyama qədər yol keçdi?”. 

Fransanın üzləşdiyi bu acınacaqlı sosial-psixoloji mənzərəni ABŞ-ın “The Brooklyn Rail” jurnalında müəllif Çarlz Rivin təsvir edir. XXI əsrin Fransa döv­ləti zorakılığa və qəddarlığa söykənir. “Caliber.Az” saytının ingiliscədən tər­cüməsini verdiyi həmin məqalənin qısa ixtisar və yüngül imrovizə ilə oxucuların diqqətinə çatdırırıq. 

* * *

Bəli, Nanter şəhərində polisin Əlcə­zair əsilli 17 yaşlı gənci qətlə yetirməsi, sözsüz ki, milli məsələdir. Nahel başqa irqə və millətə mənsub olduğu üçün öl­dürülüb və bu fakt Fransa hakimiyyətinin əsl simasını açıb göstərir. Bu, doğrudan da, belədir. Müəllif Riv hakimiyyətin “sevimli alətinə” çevrilmiş zorakılığın və qəddarlığın fransızsayağı anatomi­yasına nəzər yetirir: “Ondan başlayaq ki, “pensiya islahatı”na qarşı başlanan hərəkat birdən-birə dayandı. Həmkarlar ittifaqlarının çağırdığı nümayişlər silsilə­sinin ardınca tətillər seyrəlməyə, müba­rizənin perspektivi tədricən azalmağa doğru getdi. Nəhayət, gücsüzlük hissi hər şeyə qalib gəldi. İştirakçıların kre­ativliyi, əzmli kollektivlərin şəbəkəsinin formalaşması, tələbələrlə fəhlələr ara­sında yaranan əlaqə, cəmiyyətin böyük kəsiminin zəhmətkeşlərin halına yanma­sı kimi amillər etirazların dinamikasını saxlamağa və mübarizənin hücum sə­viyyəsinə çatması üçün kifayət etmədi. Ümumi əhvalı bu ifadə ilə yekunlaşdır­maq olardı: “Biz uduzduq, amma onlar qələbə çalmadılar. Gec ya tez müba­rizəyə yenidən başlayacağıq”. 

Əslində, Fransanın siyasi iştebliş­mentinə və onun təbliğatçılarına cəmiy­yətdə artan ikrah hissinin, müxalifliyin bütün formalarına qarşı güclənən rep­ressiyaların, ümumi narazılığın, sosial yoxsulluğun və artan sinfi bərabərsizli­yin, ədalətsizliyin fəhlə məhəllələrindəki gənclər arasında polis zorakılığına qarşı qiyam partlayışı üçün bütün şərtləri yetiş­dirdiyini yazan analitik polis zorakılığının və irqçiliyin, sinfi münaqişələrin təzahür­lərinin Fransada uzun tarixə malik oldu­ğuna diqqəti yönəldir: “Fransa müstəm­ləkəçilik irsini və müharibədən sonrakı dövrün intihabını pis əxz eləyib. Lap bu yaxınlarda polis irticası “sarı jiletlilər”in hərəkatı ilə bağlı ön plana qayıtdı. Etiraz aksiyalarının 3 mindən çox iştirakçısına polis tərəfindən xəsarət yetirildi. Hazırda zorakılıq, ərtaf mühitin çirkləndirilməsi ilə mübarizə daxil olmaqla, müxalifli­yin bütün formalarına qarşı yönəldilib. Misal üçün, bu yaxınlarda Fransanın şimal-qərbindəki Sent-Solin şəhərində hökumətin su ehtiyatlarının özəlləşdiril­məsi layihəsini bloklamaq üçün səfərbər olunmuş 30 min aqrarçı hərbiləşdirilimiş polis gücləri ilə toqquşmalı oldu. Nəticə­də onlarca insan yaralandı, iki gənc isə ağır vəziyyətdə xəstəxanaya çatdırıldı. Bu hadisəyə şəhərli məmurlardan birinin reaksiyası maraqlıdır: “Simvolik planda, bu, 2005-ci ildə baş verənlərin çərçivə­sindən xeyli kənara çıxmışdı”. 

* * *

“The Brooklyn Rail” jurnalının əməkdaşı haqlı olaraq qeyd edir ki, dağılmaqda olan sosial dövlət insti­tutlarının yerinə repressiyalar və total nəzarət institutları gəlir: “Bu “evolyusi­ya” uzun illər boyu müşahidə edilirdi. Repressiyaların gücləndirilməsi ümumi firavanlıq dövlətinin qəsdən və fasiləsiz demontaj olunmasının analoqudur. Bu faktın dərki “sarı jiletlilər”in üsyanında və ondan sonrakı pensiya “islahatı”na qarşı mübarizədə mərkəzi rolu oyna­dı. Nə qədər qəribə səslənsə də, orta əsrlərdə olduğu kimi, müasir Fransa­da da polisi burjuaziya sinfi, eləcə də, əlindəki azı itirməkdən qorxan lümpen proletariat dəstəkləyir. Açıq zorakılıq bu dövlətin daha çox söykəndiyi idarəetmə üsuluna çevrilməkdədir. Küçələrə çıxan gənc insanların böyük əksəriyyətini yaşı 12-17 arasındadır. Polis 3 mindən çoxunu həbs edib, 1300 yeniyetmə qısa müddətə azadlıqdan məhrum edi­lib, 7 mindən yuxarı etirazçı isə uzun­müddətli həbslərə məruz qalıb. Bundan sonra Makron özünün telemüraciətində ailələri “öz övladlarına nəzarət etməyə” çağırmasının ölkədə yaşanan çılpaq həqiqətə heç bir aidiyyatı yox idi”. 

Fransa cəmiyyətinin bu gün yaşa­dığı əsl həqiqətlərə işıq salmağa çalı­şan müəllif fikirlərini belə yekunlaşdırır: “ Belə davam edərsə, ümumi vəziyyət sabitləşməyəcək, iqtisadiyyatın sarı si­yasəti daha çox fəhlə sinfinin mənafe­yinə toxunacaq, gənclərin təcrid olması davam edəcək və güclənəcək. İqtidarın siyasi təmsilçilik formaları getdikcə özü­nü gözdən salacaq, parlament demok­ratiyası isə daha çox avtoritar mahiyyət kəsb edəcək”.

* * *

Fransada insan hüquqlarının mütə­madi şəkildə tapdandığını, etnik ay­rı-seçkiliyin baş alıb getdiyini və bu zə­mində tez-tez baş verən xoşagəlməz hadisələrə bütün dünya şahidlik edir. Bunu da, demək olar ki, Makron haki­miyyəti səriştəsiz, qeyri-demokratik fəa­liyyəti səbəbindən çalxalanmaqdadır.

Tarixdən Fransanın uzun müddət müstəmləkədə saxladıqları əlcəzair­lilərə necə divan tutduğunu bilirik. Kənar müşahidəçi düşünə bilər ki, Parik kolo­nial siyasətini bu gün də davam etdirir. Aropanın ən nüfuzlu tribunalarından insan haqlarından dəm vuran, demokra­tiyanı əllərində bayraq edən, başı daxili problemlərinə qarışan, antidemokratik idarəetməyə keçən rəsmi Paris bundan sonra hansı üzlə Cənubi Qafqazda bir millətin öz müqəddaratını təyin etməsin­dən, təhlükəsizliyinə təminatdan danışa bilər? 

Fransanın ən uğursuz prezidenti kimi tarixə düşməyə namizəd Emma­nuel Makron Marsel şəhərində erməni icması ilə görüşündə ölkəmizin əleyhinə qərəzli fikirlər səsləndirdi. Bu zaman daşnakların qarşısında xoruzlanaraq özünü elə göstərməyə çalışırdı ki, sanki Cənubi Qafqazda baş verən hadisələrə özəl təsir gücünə malikdir. 

Bu minvalla Fransa dünyada keç­miş nüfuzunu tamamilə itirmək üzrədir. Birmənalı şəkildə deyə bilərik ki, bu ölkənin insan haqlarından, söz və mət­buat azadlığından, sərbəst toplaşmaq hüququndan və ümumiyyətlə, demok­ratiyadan danışmağa haqqı yoxdur. Paris başda olmaqla böyük şəhərlərinin küçələri zibilxananı xatırladan Fransa hələ içindəki və çölündəki çox çirkablar­dan qurtulmalı olacaq. 

İmran BƏDİRXANLI




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İmran BƏDİRXANLI