USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xarici diplomat, hərbçi və jurnalistlər Ağdam – Xankəndi yolunda


https://img.baki-baku.az/news/2023/09/photo_7940.jpg?v=MjAyMy0wOS0wMSAxMDo0NDoxNA==

Dünən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və xarici jurnalistlərin Ağdama səfəri təşkil olunub. 

Türkiyə, Çin, Rusiya, Yaponiya, İs­veçrə, Polşa, Çexiya, Bolqarıstan, Ru­mıniya, Serbiya, Argentina, Kolumbiya, Meksika, Cənubi Koreya, İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əl­cəzair, Qətər, İraq, İran, Əfqanıstan, Liviya, Fələstin, Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Taci­kistan daxil olmaqla 50-dən artıq ölkə­nin, Birləşmiş Millətlər Təşkilatı, Ümum­dünya Səhiyyə Təşkilatı, TÜRKPA və digər qurumların 60-dək təmsilçisi, xa­rici jurnalistlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdi­yi məntəqədə vəziyyəti canlı izləmək üçün Ağdam–Xankəndi yoluna gəliblər.

Xankəndiyə yol açıqdır

Azərbaycan Respublikası Preziden­tinin köməkçisi – Prezident Administ­rasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplo­mat, hərbçi və jurnalistlərlərdən ibarət heyətə mövcud vəziyyət barədə ətraflı məlumat verib: “Biz diplomatik korpu­sun nümayəndələri ilə avqustun 15-də Ağdam–Xankəndi yolunun texniki im­kanları və çatdırılma qabiliyyəti ilə ye­rində tanış olmuşduq. Hələ o zaman diplomatik korpusun nümayəndələri bir daha şahid oldular ki, Ağdam–Xankən­di yolunun böyük ötürücülük qabiliyyəti var və bu yol daha səmərəlidir. Bu yol düzənlik ərazidən keçərək Azərbayca­nın əsas hissəsi ilə Xankəndi şəhərini və Qarabağın digər bölgələrini əsaslı şəkildə əlaqələndirmək imkanlarına malikdir. 

Təəssüflər olsun ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsin­də yaratdığı, bu günə qədər də dəstək­ləməyə davam etdiyi qondarma kriminal rejim tərəfindən yenə də məqsədyönlü şəkildə siyasi manipulyasiyalar, siyasi möhtəkirlik məqsədilə bu yolun açılma­sına imkan verilmir”.

Prezidentin köməkçisi daha sonra qeyd edib ki, Ağdam–Xankəndi yolu­nun fəaliyyətdə olması və bu marşrut­la istənilən yüklərin erməni sakinlərin yaşadıqları yerlərə qısa müddətdə və rahat çatdırılması imkanı Azərbaycan tərəfindən dəfələrlə bəyan edilmişdir: “Bu yoldan bu şəkildə imtina edilməsini biz yalnız rasizm və diskriminasiya kimi qiymətləndirə bilərik. Yoldan bu forma­da imtina yalnız və yalnız rasizmdir. Azərbaycan yolları açaraq reinteqrasi­ya prosesini başlamaq niyyətindədir. 

Bu reinteqrasiya prosesinin tərkib hissəsi olaraq Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin hüquqlarını və təhlükəsizliyini, eyni zamanda, onla­rın öhdəliklərini ölkə Konstitusiyası və beynəlxalq sənədlər əsasında təmin et­məyə hazırdır. Amma görürük ki, onlar yol mövzusunu məqsədyönlü şəkildə siyasi spekulyasiya və siyasi manipul­yasiya mövzusuna çeviriblər. Ermənis­tan tərəfindən də məqsədyönlü şəkildə bu siyasətə dəstək verilir”.

Ermənistanın məqsədi separatçı rejimi yaşatmaqdır

Prezident Administrasiyasının şöbə müdiri beynəlxalq heyətə bildirib ki, Ermənistan Azərbaycan ilə razılaşdır­madan demonstrasiya və populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycanla sərhədə, yəni “Laçın” sərhəd-keçid mıəntəqəsinə gətirmiş­dir: “Dünən erməni lobbisinin tərəfda­rı və təsiri altındakı bəzi korrupsioner Avropa siyasətçiləri bu teatr xarakteri daşıyan dramın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəlmişlər. Belə addımların heç bir mənası yoxdur. Bu şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hansısa boz zonanın olmasını qəbul etməyəcək. 

Kimlərsə düşünürsə ki, onlar möv­cud şəraiti olduğu kimi davam etdirə­cəklər və bu separatçı statustda ya­şamağa davam edərək qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər, bu, baş verməyəcək. Azərbaycan heç bir halda buna dözməyəcək. Onların bu yalançı humanitar şousunun əsas məqsədi ondan ibarətdir ki, əsl niy­yətlərini və xislətlərini gizlətsinlər. Əsl niyyətləri isə vaxtilə işğal altında olan Azərbaycan ərazilərində yaratdıqları qondarma, qanunsuz rejimin yaşa­masını təmin etməkdir və bunun üçün müxtəlif bəhanələrdən istifadə edirlər. Yüklərin qəbul edilməməsinə görə mə­suliyyət qondarma rejimin və Ermənis­tanın üzərinə düşür”.

Görünən dağa nə bələdçi...

Verilən məlumatdan və xarici heyə­tin məntəqədə öz gözləri ilə görüb mü­şühidə etdiklərindən belə bir nəticə ha­sil olub ki, Azərbaycanın Qızıl Aypara Cəmiyyəti tərəfindən ərzaq yüklərinin Ağdam–Xankəndi yolunun Əsgəran yolu ilə birləşmə məntəqəsinə gətiril­məsi təmin olunmuşdur. Bu yük avto­mobillərində 40 tona yaxın un məmulatı var. Amma yenə də rasizm siyasətinin bariz təzahürü olaraq, Xankəndi rejimi havadarlarının təhriki ilə bu humani­tar yükün qəbul edilməsinə qarşı çıxış edirlər. 

Bu, bir daha onu göstərir ki, bura­da məqsəd reinteqrasiyaya yox demək və qanunsuz statusu saxlamaq və bu proseslərdən yalnız siyasi manipulya­siya məqsədləri üçün istifadə etmək­dən ibarətdir. Beynəlxalq ictimaiyyətin nümayəndələri, Azərbaycanda akkre­ditə olunmuş dilopmatik korpusun nü­mayəndələri bir daha görürlər ki, bura­da yalançı təbliğat siyasəti aparılır.

Siyasi oyunlar və təhdidlər qəbuledilməzdir

Jurnalistlərə verdiyi müsahibədə bir gün əvvəl Rusiya sülhməramlıları ilə Azərbaycan tərəfinin danışıqlarında bu yüklərin Rusiya sülhməramlılarının maşınlarına daşınaraq, onlar vasitə­silə aparılması məsələsinin müzakirə mövzusu olduğunu vurğulayan Hikmət Hacıyev deyib: “Dünən KİV-lərdə və sosial şəbəkələrdə olan məlumatlar da göstərdi ki, təşkil olunmuş aksiya­lar vasitəsilə buna mane olmağa cəhd göstərirlər.

Bu yüklərin bura çatdırılması bir daha Azərbaycanın niyyətinin göstərici­sidir. Amma yüklərin qəbul edilməməsi və imtina edilməsinə görə də məsuliy­yət tam şəkildə qondarma rejimin və Ermənistanın üzərinə düşür. Onlar da bu manipulyativ prosesdə öz funksi­yalarını və rollarını oynamaqda davam edirlər.

Təəssüflər olsun ki, bəzi Qərb me­dia resurslarında bu faktlara və möv­cud vəziyyətə yalan şəkildə don geyin­dirmək cəhdləri də var. Bu prosesdə, eyni zamanda, bəzi korrupsioner Qərb siyasətçiləri də öz rollarını oynamaq­dadırlar. Onlar tərəfindən separatizmə dəstək verilməsi və separatçıların yax­şı və pis separatçılara bölünməsi ten­densiyalarını da görürük ki, bunlar da qəbuledilməzdir. Bir daha qeyd etmək istərdik ki, Azərbaycanın ərazisində hər hansı bir qanunsuz ərazinin, Azərbay­canın mərkəzi hökumətinin nəzarətin­dən kənar hər hansı bir ərazinin möv­cud olması qəbuledilməzdir”.

Xilas yolu reinteqrasiyadır

Prezidentin köməkçisi xarici me­dia təmsilçilərinə açıqlamasında qeyd edib ki, Azərbaycan xoşməramlı niy­yət göstərərək reinteqrasiya prosesi ilə əlaqədar öz fikirlərini təqdim etmişdir. Amma bundan imtinaya görə məsuliy­yət tam şəkildə qondarma rejimi təmsil edən müharibə cinayətkarlarının üzə­rinə düşür: “Orada yaşayan erməni əsilli sadə sakinlər həmin rejimin, bu qanunsuz hərbi xuntanın əsarəti altın­dadırlar. Onlar öz mövcudluqlarını bu cür aqressiv ritorika ilə, müharibə rito­rikası ilə əsaslandırmağa çalışırlar və gördüyünüz kimi, bunların heç bir əsası yoxdur. Yüklər buradadır və ən tez za­manda çatdırılması təmin oluna bilər. Gələcəkdə də hər hansısa yüklərin da­şınması üçün Ağdam–Xankəndi yolu bütün texniki imkanlara malikdir.

Bu yaxınlarda başqa bir razılaşma var idi ki, Azərbaycan tərəfinin dəvəti ilə Ağdamda görüş keçirilsin. Bildiyiniz kimi, artıq görüşlərin keçirilməsi üçün Ağdamda müvafiq infrastruktur var. Qa­rabağdakı erməni sakinlərin nümayən­dələri Ağdamda görüşdən də imtina etmişdilər. Ona görə də dialoqdan, tə­maslardan imtina edilməsi, yolun açıl­masından imtina edilməsi tamamilə qeyri-konstruktiv, aqressiv siyasətin təzahürüdür”.

“Humanitar şou” sülh prosesinə zərbədir

Prezidentin köməkçisi bir daha vurğulayıb ki, “humanitar böhran” mövzusunun əsassız olaraq gündəmə gətirilməsinin məsuliyyəti özünü qon­darma rejimin nümayəndələri kimi təqdim edən şəxslərin, həmçinin Er­mənistan rəhbərliyinin üzərinə düşür: “Çünki burada Ermənistanın da bilava­sitə məsuliyyəti var. Ermənistan özü­nü bu məsuliyyətdən gizlədə bilməz. Qondarma rejimin bu gün saxlanılması Ermənistanın dövlət büdcəsi vasitəsilə həyata keçirilir. Bu məqsədlərlə 360 milyon dollardan artıq vəsait xərclənir. Ermənistan silahlı qüvvələrinin ele­mentləri hələ də Azərbaycanın Qara­bağ bölgəsində mövcudluğunu davam etdirir. Həmçinin, qondarma rejimin də silahlı qüvvələrinin həmin ərazidə mövcudluğu var. Bu da regional sülh və təhlükəsizlik üçün ciddi təhdid ola­raq almaqdadır. 

Onlar hələ də ərazilərin minalanma­sı prosesini davam etdirirlər, bunlar da Azərbaycan üçün qəbuledilməz fakt­lardır. Ermənistanın bu kimi əməlləri Azərbaycanın daxili işlərinə qarışmaq və regional sülh və təhlükəsizliyi poz­maq, həmçinin iki ölkə arasında sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə çox ciddi bir zərbədir”.

Hikmət Hacıyev sonda əmin oldu­ğunu bildirib ki, diplomatik korpusun nümayəndələri gözləri ilə gördükləri bu faktları öz ölkələrinin aidiyyatı orqanla­rına çatdıracaqlar: “Bu, ermənilərin və onların bəzi havadarlarının yaratdığı və yaratmağa çalışdığı yalan mühitinin növbəti darmadağın edilməsi faktıdır”.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət