USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Oskanyanın “anti-Paşinyan manifesti”, yaxud şizofren Vardanın üsyan çağırışı

Ermənistanın keçmiş XİN rəhbəri Azərbaycanla mübarizənin yolları barədə “ağıl” verir


https://img.baki-baku.az/news/2023/09/photo_7938.jpg

Ermənistanın baş naziri Nikol Paşinyan daxili və xarici təzyiqlər, eləcə də Qarabağın təzyiqləri ilə Praqada səsləndirdiyi mövqeyindən əl çəkməyə məcbur edilməlidir. Əks halda, vəziyyət müharibəyə gətirib çıxaracaq. Bu fikrin müəllifi Ermənistanın keçmiş xarici işlər naziri, hazırda işi-peşəsi avantürist bəyanatlar səsləndirmək olan Vardan Oskanyandır. Bəli, Oskanyan özünün “Facebook” səhifəsində canlı yayım açaraq “ağıllı” məsləhətlər verməyindən qalmır və yenə “ampluasına” sadiqdir. 

***

Bəribaşdan deyək ki, Ermənistanın keçmiş XİN rəhbərinin bildirdikləri ölkə­də onsuz da gərgin olan durumu bir qədər də gərginləşdirməyə hesablanıb. Məsələn, o deyib ki, Azərbaycan Paşin­yandan onun vermək istədiyindən, hətta vermək üçün təsəvvür edə biləcəyindən də çox şey istəyir. Yəni, indiki halda Ba­kının şərtləri ilə qəbullanmaq, İrəvanın bəlalarını bitirməyəcək. 

Göründüyü kimi, Oskanyan tipik er­məni avantürizminə xas düşüncədən çıxış edir. 1918-ci ildə İrəvanı Vardanın babalarına verdik, qane olmadılar, sonra Zəngəzuru peşkəş elədik, yenə doyma­dılar və Qarabağı da ələ keçirməyə cəhd göstərdilər. Məşhur deyimdəki kimi, iştah yedikcə yaranır. Erməni başıpozuqlar, necə deyərlər yedilər, daha da iştahlan­dılar. Ona görə sabiq XİN rəhbəri belə danışır. Axı, xislətindəki budur...

***

...Oskanyan “çıxış yolu” müəyyən­ləşdirir. Xalq ayağa qalxmalı, küçələrə çıxmalı, kəskin vəzifələr qoymalı və hakimiyyətin mövqeyini dəyişməyi hə­dəf götürməlidir. Belə bir deyim də var: “Vətənpərvərlik alçaqların son sığınaca­ğıdır”. Arqumentsiz Oskanyanın xalqı üs­yana çağırış motivli “vətənpərvərliyi” də alçaqlıqdan başqa bir şey deyil. 

Yeri gəlmişkən, sabiq XİN başçısı əsil niyyətini də ortaya qoyur. Təxminən belə: əgər indiki hakimiyyət heç nəyi dəyişə bilmirsə, o zaman getsin, bunu bacaran insanlar gəlsin. Onun fikrincə, diploma­tik imkanlar tükənməyib, hələ də dinc alternativ var. Deməli, həmin imkanları baş nazir Nikol Paşinyan yox, başqaları dəyərləndirməlidir. Əlbəttə, Oskanyan haqqında ağzını köpürdərək danışdığı imkanların nədən ibarət olduğunu açıq­lamır. Çünki məqsədi təkcə danışmaqdır. Açıqladığı isə xunta rejimindən qalma avantürizm qırıntılarıdır. 

***

Qocalmış, mumiyaya oxşayan Os­kanyanın düşüncəsi də sir-sifəti qədər əcayibdir. Belə görünür, adamın məqsədi yalnız xalqı Paşinyan əleyhinə qaldır­maqdır, başqa heç nə. Diqqət yetirək, o, deyir ki, baş nazir Azərbaycana vədlər verib, onu yerinə yetirməsə, müharibə olacaq və bu müharibədə beynəlxalq ic­timaiyyət Bakının tərəfini tutacaq. Yəni, hamı qəbul edəcək ki, savaş Paşinyanın sözünə xilaf çıxması səbəbindən baş verdi. Nəticə – Ermənistanın hazıkı iqti­darı getməlidir. 

Əlbəttə, Oskanyan yeni söz demir. O, erməni şovinist-revanşist dairələrinin baxışlarını özünəxas üslubda təkrarla­yır, həmin baxışlara boz çalarlar əlavə edərək, öz aləmində, mövzuya cazibə­darlıq gətirir. Ancaq həm keçmiş baş diplomat, həm də digərləri niyəsə elə sa­nırlar ki, Paşinyanı hakimiyyətdən uzaq­laşdırmaqla, Azərbaycanı istəklərindən yayındırmaq mümkün olacaq. Məgər Ba­kıda bilmirlər ki, Ermənistanda hakimiy­yət dəyişikliyi yaşansa, bu, Qarabağ ami­linə bağlı proses olacaq? Yaxşı bilirlər və heç şübhəsiz, əks addımlar hazırlayıblar. 

Digər tərəfdən, 2018-ci ildə Ermənis­tanda inqilab baş verdi. Nikol hakimiyyətə gələndə nə etdi? Cavab sadədir – hə­min vaxtadək aparılan Azərbaycan-Er­mənistan danışıqlarının formatına zidd davrandı. Nəticədə müharibə baş verdi və İrəvan üçün rüsvayçılıq yaşandı. İndi Paşinyan gedib digəri gəlsə və Oskanya­nın ağlı ilə davranıb danışıqların hazırkı motivini kənara qoymağa cəhd göstərsə, nələrisə qondarsa, yenə müharibə ola­caq. Deməli, qoca Oskanyan bu baxım­dan da yanılmaqdadır. Müharibə isə Er­mənistan dövlətçiliyinin məhvidir. 

***

V.Oskanyan kələfin ucunu tamamilə itirib. O, argentinalı dələduz, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş pro­kuroru Luis Morena Okamponun “Ekspert rəyi: 2023-cü ildə ermənilərə qarşı soyqırı­mı” adlı hesabatına istinad yolu tutub. Sən demə, Oskanyan Okamponun qaldırdığı Qarabağda erməni soyqırımı şousunu Azərbaycan–Ermənistan danışıqlarının predmeti kimi görmək istəyir. Belə düşün­məsi üçün “əsası” da var imiş – Vardan iki saat Okampo ilə telefonda danışıb və hiss edib ki, argentinalı oyunbaz mövqeyində qətidir, ay nə bilim məqalələr yazacaq, çıxışlar edəcək və sair. 

Əlbəttə, Oskanyanın Ermənistan rəh­bərliyinin avqustun 16-da BMT-də “Qara­bağda humanitar böhran” adlı şousunun iflasa uğradığından xəbəri var. Ondan da xəbərdardır ki, həmin şounun tərkibində soyqırımı müddəası da yer alırdı. Bu isə o deməkdir ki, Oskanyanın düşündüklə­rini rəsmi İrəvan artıq həyata keçirməyə cəhd göstərib, ancaq nəticəsiz qalıb. Okampo ilə danışığa gəlincə, Paşinyan administrasiyası ilə bu beynəlxalq miq­yaslı dələduzun təmasını baş nazirin ba­cılığı porno ulduz Kim Kardaşyan qurub. Hər halda Kardaşyan Okampoya qoca Oskanyandan daha uyğun variantdır. Özü də təkcə telefonla danışmaq üçün yox. Daha doğrusu, Kardaşyanın porno- filmləri Vardanyanın diplomat obrazından daha maraqlıdır… 

***

Bir məqam da var. Sən demə, Os­kanyan ABŞ-da imiş və orada görüşlər keçirib, təşəbbüs göstərib, nələrsə edib və yekununda yenə N.Paşinyanın haki­miyyətdən getməli olduğu qənaətinə gə­lib. Bu yerdə yaxşı deyirlər ki, ayının min oyunu bir armudun başındadır. Ancaq Oskanyanın baxışlarında aşkar təzad var. Diqqət yetirək, artıq bildirdik ki, keç­miş XİN rəhbəri Ermənistan iqtidarının danışıqların hazırkı axarını dəyişməsinin müharibə vəziyyəti doğuracağı və savaş­da beynəlxalq ictimaiyyətin İrəvanı, əv­vəlki razılaşmaya xilaf çıxması səbəbin­dən, dəstəkləməyəcəyi düşüncəsindədir. Digər tərəfdən isə o, Nikolu fikrindən daşındırmaqdan dəm vurur: “Biz Ermə­nistan hakimiyyətini öz yanaşmalarını dəyişməyə məcbur etməliyik. Paşinya­nın Praqada Azərbaycanın, Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanıma­sı əsas maneədir. Azərbaycan özü də keçmişdəki razılaşmalardan imtina edib. Ermənistan da bu gün bunu edə bilər. Əgər danışıqlar prosesini normal məc­raya salmaq istəyiriksə, bunu etməliyik”.

Əvvəla, Azərbaycan danışıqların əvvəlki axarına ona görə sadiq idi ki, məsələnin dinc yolla həllinə ümid bəs­ləyirdi. Bu, Ermənistanın avantürizmi səbəbindən baş vermədi. Bir halda ki, müharibə oldu, qan töküldü və ölkəmiz zəfər çalaraq yeni reallıq formalaşdı, o zaman həmin reallığa uyğun şərtlər ol­malıdır. Şərtləri diktə etmək isə qalib ölkə kimi Azərbaycanın haqqıdır. Oskanyan, deyəsən, lap ağlını itirib. Görəsən, belə bir dar düşüncəli adam necə on il ərzində Ermənistanın XİN rəhbəri olub?

***

Nəhayət, V.Oskanyan özünün para­doksal səciyyəli anti-Paşinyan “manifes­tinə” daha bir “tezis” əlavə edib. Əlbəttə, fikrini özünəxas həyasızlıq elementləri ilə “zənginləşdirməyi” də unutmayıb. O de­yib ki, dünyada 40-a yaxın öz müqəddə­ratını təyinetmə hərəkatı var və onu baş­ladanların heç biri hüquqlarından imtina etməyiblər: “Ermənilər birinci ola bilərlər. Dünyanın 40-dan çox ölkəsində müxtəlif səviyyəli muxtar statusa malik 120 əra­zi var. Qarabağa bu gün çörək qırıntıları təklif olunur. Yəni, hüquq və təhlükəsizli­yin təminatı. Sonra Azərbaycan qanunla­rı və Konstitusiyası gələcək. Bunu dün­yada baş verənlərlə müqayisə edin. Biz ən sadəlövh insanlarıq? Biz öz mövqeyi­mizdən, Qarabağın müqəddəratını təyin etmək hüququndan əl çəkməliyik?”

***

Sonda bir məsələyə şərhsiz toxuna­raq yazımızı tamamlayaq. Məlum olduğu kimi, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir neçə gün əvvəlki brifinqində çox aydın şəkildə bildirdi ki, Ermənistanın baş naziri Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın ruhun­dan irəli gələn məsələləri kənara qoyub, yeni reallıqlar formalaşdırıb. Göründüyü kimi, Oskanyan da eyni şeyi deyir. Bu məqam barədə düşünməyi oxucuların ixtiyarına buraxırıq. Son vaxtlar Vardan­yanın ortaya atılmasının bir qayda olaraq Moskvadan gələn bəyanatlarla eyni vax­ta təsadüf etməsi reallığı ətrafında fikir­ləşməyi də həmçinin.

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Əvəz RÜSTƏMOV