USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İrəvanın mövqeyi necə və nə qədər dəyişib?

Rusiya XİN-in rəsmi nümayəndəsi razılaşmalara əməl edilərkən saxtakarlığa yol verildiyini bildirib


https://img.baki-baku.az/news/2023/08/photo_7909.jpg?v=MjAyMy0wOC0zMSAxMDo0NDoyMw==

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün həftəlik ənənəvi brifinqində yenə eyni tezisləri səsləndirib. O, Azərbaycan və Ermənistan arasında sülh prosesinə Moskvanın sadiq qaldığını bildirib, tərəflərin mövqelərinin mütləq nəzərə alınması zərurətini xüsusi vurğulayıb. Onun ritorikası bu dəfə də dəyişməyib: “Danışıqlar prosesində, ilk növbədə, hər iki tərəfin, yəni Azərbaycanın və Ermənistanın mövqelərini nəzərə almaq vacibdir. Əks təqdirdə məsələnin dinc yolla həllində hər hansı irəliləyişə ümid etməyə dəyməz”.

Rusiyanın sülh danışıqlarında əsas vasitəçi missiyasını israrla davam et­dirmək niyyətini açıqlayan və bu amilin prosesin bütün raundlarında və treklə­rində nəzərə alınmasının əhəmiyyətin­dən söz açan xanım Zaxarova onu da qeyd etdi ki, ölkəsi öz səylərinə zidd olmayan istənilən vasitəçilik təşəbbüs­lərini bəyənir: “Biz dəfələrlə demişik ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair Rusiyanın səylərinə zidd və xələl gətirməyən istənilən təşəbbüsləri alqış­layırıq”.

* * *

Erməni jurnalistin Rusiyanın Xankəndi və Bakı arasında birbaşa di­aloq təklifi, Azərbaycan tərəfinin həmin görüşün öz ərazisində keçirilməsinə israr etdiyi və bu zaman Moskvanın erməni nümayənlərin təhlükəsizliyinə təminat verməsi ilə bağlı sualını Zaxa­rova özünəməxsus tərzdə, diplomatik eyhamla cavablandırdı. Onun mesa­jının İrəvana ünvanlandığı aşkardır. Hərçənd, bunu daha çox suala yox, erməni jurnalistin özünə cavab kimi qiy­mətləndirmək mümkündür: “Əgər han­sısa məsələ barədə razılığa gəlinibsə, üstəlik, sənəd ən yüksək səviyyədə im­zalanıbsa, onu reallaşdırmaq lazımdır. Daha sənədi başqa cür təsnifatlandır­maqla məşğul olmaq, ona üçüncü tərə­fi, hətta beşinci və onuncu tərəfləri cəlb etməklə məşğul olmaq, “biser” oyunu­na çevirmək lazım deyil. Əsas təminat mövcud razılaşmaların yerinə yetirilmə­sidir. Müqavilənin həyata keçirilməsin­də saxtakarlıq və riyakarlıq başlayan kimi təminat da yaddan çıxır”.

Göründüyü kimi, Rusiya diplomati­ya idarəsinin təmsilçisi anti-İrəvan ey­hamının davamını gətirməsi ilə yadda qalmaqdadır. Zaxarova, faktiki olaraq, erməni jurnalistin, loru dildə desək, ağ­zından vurdu. Bildirdi ki, oyun qaydala­rını pozan onun ölkəsidir və bu səbəb­dən susması lazımdır. Ümumən, xanım sözçünün sülh danışıqları prosesində Ermənistanın nümayiş etdirdiyi mövqe ilə bağlı açıqlaması kifayət qədər ma­raqlıdır: “Mən sizə Ermənistan rəhbər­liyinin mövqeyində əsaslı dəyişikliyin baş verdiyini, məsələlərin mahiyyəti ilə bağlı 180 dərəcə dəyişdiyini söy­ləyə bilərəm. Həm də bu mövqe məhz İrəvanın özü üçün ən əsas məsələyə dair köklü şəkildə dəyişib. Bu, İrəvanın özünə aid məsələdir və daxildə işlənib hazırlanmış qərarın nəticəsidir. Amma əldə olunmuş və imzalarla təsdiqlənmiş öhdəliklər var. Əgər həmin öhdəliklər ləğv edilməyibsə və dəfələrlə yenidən təsdiqlənibsə, deməli onların yerinə ye­tirilməsi təminatın özüdür”.

Deməli, Zaxarovanın anti-İrəvan köklənişinin səbəbi bəlli oldu. Ermə­nistan hakimiyyəti üzərinə düşən öh­dəlikləri yerinə yetirmir. Əlbəttə, rəsmi nümayəndə oxu atıb yayı gizlətməklə də məşğuldur. O, diplomatikliyə sadiq qalaraq, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının bəndlərinin, eləcə də son iki il doqquz ayda Moskvanın təşəbbü­sü və vasitəçiliyi ilə keçirilmiş danışıq­larda əldə olunmuş kövrək irəliləyişlərin kimin təqsiri ucbatından reallaşmadığı­nı, onların icrasında kimin saxtakarlıq etdiyini konkretləşdirməsə də, məhz Ermənistan hökumətini nəzərdə tut­duğu birmənalıdır. Məgər İrəvanın Kremlin başı üzərindən Qərbli dəstək­çilərinə sığındığı, imdad dilədiyi, dialoq məntiqindən boyun qaçırdığı, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təş­kilatının üzvü kimi öhdəliklərini yerinə yetirməkdən yayındığı kimə məlum deyil ki? Qeyd edək ki, bütün bunlara görə Rusiya XİN, şəxsən nazir Sergey Lavrov dəfələrlə İrəvana xəbərdarlıqlar edib, qınayıcı bəyanatlar səsləndirib. Bir daha bildirək ki, razılaşmalara kimin riayət etmədiyi göz önündədir.

Brifinqdə Fransanın Azərbay­can-Ermənistan münasibətləri müstə­visində tutduğu mövqeyə toxunan M.Zaxarovanın fikirləri də diqqəti çə­kib: “Fransanın bu sahədəki fəaliyyə­ti hamıya məlumdur. Belə vasitəçilik səyləri çərçivəsində münaqişənin hər iki tərəfin - həm Ermənistanın, həm də Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Və bu olmadan, artıq kifayət qədər gərginləşmiş vəziyyətdə hansısa bir irəliləyişin əldə olunacağına inan­mağa dəyməz”.

Göründüyü kimi, Rusiya XİN-in rəsmi nümayəndəsi açıq tərzdə bildir­məsə də, Parisin sülh prosesinə zərə­rini də qabardır. Əlbəttə, onun fikirləri heç də o demək deyil ki, ölkəsi Fran­sanın mövqeyindən narahatdır. Əksinə, Zaxarovanın daha rahat və təmkinli tə­sir bağışladığını söyləmək mümkündür. Nəzərə alaq ki, Parisin siyasi dəst-xətti Cənubi Qafqazda sülhün əldə olun­masına ziddir, ən başlıcası isə gərgin­liyin saxlanılması üçün əsasdır. Bu isə hər bir halda proseslərin uzanmasının tərəfdarı olan Kremlin maraqlarına uy­ğundur. 

Tofiq Abbasov, 
siyasi şərhçi

Ermənistanın mövqeyində müsbət dəyişikliklərin olduğu inandırıcı görünmür. Hər halda Azərbaycanla bağlı belə dəyişik­liyin işartısı belə yoxdur. Zaxaro­va, ola bilsin ki, Rusiya ilə bağlı dəyişikliyi nəzərdə tutur. Yəni, İrəvan Moskvaya münasibətdə sağlam mövqeyə köklənir. Amma bizimlə bağlı onu görürük ki, Er­mənitan hakimiyyətinin işlək rı­çaqları Makronun, Kolonnanın, Ann İdalqonun əlindədir. Onlar isə bir qayda olaraq Azərbayca­na radikal mövqe sərgiləyirlər. 

Əslində, onlar bununla çox lazımsız siyasətə baş vururlar. Ona görə ki, əgər Fransanın siyasi rəhbərliyi həqiqətən də Ermənistanın təəssübünü çə­kirlərsə, gərək İrəvanı sülhə ça­ğırsın. Amma bunu etmir. Tam əksinə, sülhə qarşı dağıdıcı xətt yüdürür ki, bu da Azərbaycanın mövqeyinə və istəyinə tamamilə ziddir. Buna görə hesab edirəm ki, hələlik Hayastan rəhbərliyinin yanaşmasında heç bir ümidverici dəyişiklik sezilmir. Əgər Mariya Zaxarova bu barədə danışırsa, konkret nəyi nəzərdə tutduğunu açıqlamalıdır. Şəxsən mən İrəva­nın mövqeyində heç bir dəyişiklik görmürəm.

İ.HƏSƏNQALA




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Daxili siyasət