USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Emin Həsənli: "Laçının azad edilməsindən sonra ən böyük hadisə..."


https://img.baki-baku.az/news/2023/08/photo_7803.jpg

Azərbaycan torpaqlarının azad edilməsi tarixi bir nailiyyətdir. Hərb tariximizdə müstəsna yeri var. Hər bir rayonun özünün müstəsna əhəmiyyəti var.

Bu sözləri Herbiand.az-a hərbi ekspert Emin Həsənli bildirib. O həmçinin, Laçının əhəmiyyəti haqqında da söz açıb:

“Həm hərbi baxımdan, həm siyasi baxımdan Laçının azad edilməsinin isə çox böyük əhəmiyyəti var.  Qarabağda yerləşən erməni hər zaman o yol vasitəsilə silah, sursat daşıyaraq Azərbaycan torpaqlarını işğal etmişdir. Heç də təsadüfi deyil ki, 08,05,1992-ci il Şuşanın, 17.05.1992-ci il Laçının, 02.04.1993-cü ildə isə Kəlbəcərin işğalından sonra isə bütün digər rayonlarımızın işğalına əsas yaranır. Onlar həm öncə Laçın yolundan, sonra Kəlbəcər yolunda iki yol çəkərək, bütünlükdə ərazidə böyük bir işğal, siyasətin həmin terror siyasəti həyata keçirildi. Məhz İlham Əliyevin rəhbərliyi ilə qətiyyətli Azərbaycan Ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə böyük zəfər əldə etdi. Bu tarixi bir zəfərdir. Hər rayonun azad edilməsinin böyük əhəmiyyəti, ancaq Şuşa ilə Laçının azad edilməsinin həm hərbi, həm siyasi, həm mənəvi baxımdan əhəmiyyəti həddindən artıq böyükdür. 23 aprel 2023-cü ildə Laçında sərhəd buraxılış məntəqəsinin qoyulması çox böyük bir tarixi hadisədir. Laçının azad edilməsindən sonra ən böyük hadisə məhz budur. Şuşanın azad edilməsindən sonra  ən böyük hadisə budur. Ermənilər bir o qədər hay küy saldılar. Diplomatik masada məğlub oldular. Laçının azad edilməsi, bütünlükdə Qarabağın azad edilməsi həm hərbi masada böyük qələbələr əldə edildi, həm də diplomatik masada, Bununla yanaşı, hərbi cəbhədə- səhrada, diplomatik masada böyük qələbələr əldə edildi. Belə hadisələr Birləmiş Millətlər Təşkilatı yaranandan bəri nadir hadisədir ki, bir dövlətə öz haqqı olduğunu ilk öncə beynəlxalq təşkilatlarda bəyan edir, sonra isə ordusu, öz hərbisi ilə torpaqlarını işğaldan azad edir. Daha sonra isə diplomatik cəhətdən bunu möhkəmləndirdi. Ermənilərin sonradan ard-arda Laçın buraxılış məntəqəsi yaradılandan sonra hay-küy etməklərinin heç bir əhəmiyyəti olmadı. BMT Təhlükəsiz Şurasının müzakirəsinə bir neçə dəfə çıxartmağa cəhd etdilər. Müzakirələrin hər birində Azərbaycan dövlətinin haqlı olduğu bəyan olundu və ən yüksək səviyyədə Azərbaycan haqqı bərpa olundu və haqqı tanındı. Bu, çox böyük bir tarixi hadisədir. Laçın buraxılışından Vaqif Xaçaturyanın həbs olunması onu göstərdi ki, terrorçular Azərbaycana qarşı, Azərbaycan vətəndaşlarına qarşı soyqırım törətmiş, əsirlərə işgəncə vermiş şəxslər öz layiqli cavabını və cəzasını alacaqdır. Bu, Azərbaycan diplomatiyasının, bütünlükdə uğurudur. Azərbaycan Ordusunun uğuru da Azərbaycan dövlətinin uğurudur. Bu qələbələrin memarı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevdir”.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Daxili siyasət