USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qərbi Azərbaycan İcması Fransanı ucuz təxribatdan çəkinməyə çağırıb


https://img.baki-baku.az/news/2023/08/photo_7780.jpg

Fransanın Paris şəhəri daxil olmaqla bir sıra bölgələrinin yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin avqustun 30-da Azərbaycanın Laçın bölgəsi istiqamətində Ermənistanla şərti sərhəd zonasında təxribata cəhd edəcəkləri barədə məlumat yayılıb. Qatı irqçi, Azərbaycanofob Ann İdalqo, Fransanın erməni icmasının radikal nümayəndəsi Jan Barseqyan kimi ünsürlərin təşkil etdikləri bu avantüranın guya Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə “humanitar yardım” aparmaq məqsədi daşıdığı bildirilir.

Vurğulanıb ki, bu şəxsləri və bu təxribatın əsl təşkilatçısı olan Fransa hökumətini humanitar məsələlər qətiyyən maraqlandırmır. Sözügedən dairələri insan taleyi maraqlandırsaydı, onlar Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoymasına, 20 mindən artıq mülki azərbaycanlını qətl etməsinə, 900 Azərbaycan yaşayış məskənini yer üzərindən silməsinə etiraz edərdilər.

Qeyd olunub ki, Fransanın bu mənfur addımı təşkil etməkdə məqsədi bölgədə vəziyyəti daha da gərginləşdirmək, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasını və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasını əngəlləməkdir.

Qərbi Azərbaycan İcması Fransanı bu ucuz təxribatdan çəkinməyə, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına mane olmamağa və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasına dəstək verməyə çağırıb.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Daxili siyasət