USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın hədəfləri məlum, yolu aydındır

Ərazi bütövlüyümüzün təmin edilməsi, bərpa-quruculuq və hamı ilə əməkdaşlıqdan başqa heç bir planımız yoxdur


https://img.baki-baku.az/news/2023/08/photo_7759.jpg?v=MjAyMy0wOC0yNSAxMTozMToyNw==

Bizim ölkəmiz rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır. Bildiyiniz kimi, Rusiya və Amerika silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndələri, çox yüksək, yəni ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bu isə bizə olan etimadın, etibarın göstəricisidir. Belə görüşlər dörd və ya beş dəfə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir, hətta elə ölkələr arasında ki, onlar hər zaman rəqabətdədir. Yəni, bu, o vaxt idi ki, bu rəqabət dinc aparılırdı. İndiki şəraitdə isə belə təmaslar potensial olaraq Azərbaycanda yenə də bərpa edilə bilər.

Prezident İlham Əliyevin  “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda təşkil olunan  Qlobal Media Forumunda sualları cavablandırarkən səsləndirdiyi fikirlərdən.

Şuşa,  21 iyul 2023-cü il

Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəflər,  əsas məqsədlərimiz  və tutduğumuz yol haqqında qələmə almaq istədiyimiz sətrlərin əvvəlində ölkəmizin rəqabət məkanı deyil, əməkdaşlıq ünvanı kimi qəbul edilməsinin göstəricisi olan faktı yada salmağımız təsadüfi deyil. Çünki elə bu məqam da 1993-cü ilin yayından bəri Azərbaycanın əsas hədəflərindən biri olub.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında ölkədə siyasi hakimiyyətə qayıdandan sonra bəyan etmişdi ki, bizim qarşımızda duran əsas vəzifələr dövlət müstəqilliyimizin əbədiləşdirilməsi,  ölkəmizin ərazi bütövlüyünün tam bərpa edilməsi, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması, yaxın qonşularımız, Türkdilli dövlətlər, İslam dünyası, bütün ölkələr və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşklıq etməkdən ibarətdir. Yəni bu məqsədlərin – hədəflərin heç birində  kimisə qıcıqlandıracaq fakt yoxdur. Biz tam sivil siyasi kurs götürmüşdük və həmin kurs bizi uğurlardan-uğurlara doğru aparır.

Azərbaycanla eyni vaxtda dövlət müstəqilliyi qazanmış Ermənistan isə elə ilk günlərdən min illər boyu bu ərazidə mövcud olmuş, 1991-ci ildə isə BMT tərəfindən tanınmış  Azərbaycan,  Gürcüstan və  Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etmiş, terror, təxribat, separatçılıq və işğalçılq kimi mənfur fəaliyyəti dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Əslində,  bu fakt dünya dövlətlərinin və beynəlxalq təşkilatların Azərbaycanın ədalətli mövqeyini kiminləsə müqayisə etməsi üçün olduqca əhəmiyyətlidir.

Biz 2003-cü ilin payızından sonra da qarşımızda duran hədəflərə doğru  aydın və konkret xətlər üzrə getməyi davam etdirdik. Təbii ki, ordu quruculuğuna daha böyük önəm verməklə. Məhz həmin önəmin nəticəsi idi ki, bütün qonşularına qarşı ərazi iddialarından əl çəkməyən, hətta, Azərbaycan ərazilərinin 20 faizini işğal edərək viranəyə çevirmiş Ermənistan dövlətinə son iki əsrın ən yaddaqalan “dərs”ini verdik. Fikrimcə, Ermənistanın kapitulyasiya aktına imza atması Azərbaycanın hədəflərə doğru gedən yolundakı  ən möhtəşəm nəticəsi idi.  

2020-ci ilin payızından – işğalçı düşmən üzərindəki tarixi Zəfərimizdən sonra Azərbaycanın qarşısında duran hədəflər təkcə konkretləşmədi, həm də bir neçə istiqamətə parçalandı. Tarixi üçtərəfli bəyanatdan sonra bizim əsas hədəfimiz ərazi bütövlüyümüzün tam bərpasına – yəni Azərbaycan Bayrağının Xankəndi üzərində də qaldırılmasına nail olmaqdan ( o gün  uzaqda deyil) , sərhədlərin delimitasiya və demarkasiya məsələlərini yekunlaşdırmaqdan, işğaldan azad edilmiş ərazilərin bərpasını təmin etməkdən və ən nəhayət, Cənubi Qafqaza sülh gətirilməsindən ibarətdir. Təbii ki, beynəlxalq münasibətlər kontekstində  bunlardan mükəmməl məqsəd ola bilməz və yoxdur. Çox təəssüf ki, konstitusiyası işğalçılıq, separatçılıq, terror, təxribat üzərində yazılmış Ermənistan Azərbaycanın bu addımlarını da əngəlləməyə çalışır. İnanırıq ki, həmin maneə ədalətin qarşısında uzun müddət tab gətirə bilməyəcək.                                                                                    

 Yəni qardaş Türkiyə televiziyalarında tez-tez təkrar olunan “Azərbaycanın hədəfləri məlum, yolu aydındır” ifadəsi tamamilə yerində deyilmişdir və bu arqumentin  alternativi yoxdur. Dövlət başçımız da son bir neçə ayda dəfələrlə demişdir ki, biz öz hədəflərimizə çatmaq üçün lazım olan bütün addımları atırıq və atacağıq.                 

Prezident iyulun 21-də Şuşada sualları cavablandırarkən sanki yeni hədəfləri müəyyən edirmiş kimi dedi ki, biz ayıq olmalıyıq, biz keçmişimizi unutmamalıyıq: “Biz unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyimizə bıçaq sancıldı, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi. Eyni zamanda, biz unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə biz İkinci Qarabağ müharibəsi bitən kimi, möhtəşəm Zəfərimizi nümayiş etdirən kimi dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq. Mən artıq bunu ictimai şəkildə bəyan etmişəm. Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür”.    

Başqa bir məqam. Son günlər dünyanın müxtəlif ünvanlarından gələn xəbərlərdə eşidirik ki, guya,  Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladımir Putinlə  imzaladığı Moskva bəyannaməsi Azərbaycan üçün heç bir səmərə verməyib. Dövlət başçımız həmin arqumentin əleyhinədir. Onun fikrincə, Moskvada imzalanan   bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında bir mərhələdir.

Dövlət başçımız dəfələrlə xatırlatdığı bir məsələni növbəti dəfə təkrar edir ki,  Cənubi Qafqazdakı regional inkişaf  əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır: “Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Əlbəttə, bu günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı… Yalnız bunu güc hesabına məcbur etdik. Lakin bu halda sülh olmayacaq. Bu, bölgə üçün heç də yaxşı ssenari deyil, sabitliklə, təhlükəsizliklə nəticələnməyəcək. Lakin, eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alsaq, gələcəkdə də çətinliklər yaradacaq. Beləliklə, bildiyiniz kimi, üç vasitəçi var. Bunların hər biri kifayət qədər beynəlxalq səviyyədə mexanizmlərdən istifadə edə bilər ki, müstəqil olaraq fəaliyyət göstərsin. Biz ümid edirik ki, bu üçündən birində təkamülü, irəliləyişi görəcəyik”.

Bu sətirləri dövlətimizin yuxarıda sadaladığımız hədəflərindən daha ikisi barədə demək istədiyimiz fakt və arqumentlərlə davam etdirək. Qeyd etmişdik ki, zəfərdən sonrakı əsas hədəflərimizdən biri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin yeni vüsət almasıdır. Dövlət başçımız Böyük Qayıdış barədə danışarkən xatırladır ki, biz 30-dan çox şəhər və kəndin baş planını təsdiqlədik, bir çox kəndlərin təməli də qoyuldu və artıq bu rəqəmlər səsləndirilmişdir: “Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanı qaytaracağıq. İndi biz, necə deyərlər, işin ibtidai mərhələsindəyik. Çünki layihələndirmə, tender prosedurları çox vaxt aparır. Biz istəyirik ki, hər şey qayda ilə, qanunla olsun, tam şəffaf olsun və bu da vaxt aparır. Əminəm ki, keçmiş köçkünlər bunu anlayışla qarşılayırlar. Amma təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Ümid edirəm ki, Şuşa şəhərinə gələn il ilk sakinlər gələcək, yerləşəcəklər. İndi siz də yəqin ki, bu gün hələ vaxtınız olmayıb, ya axşam, ya sabah gəzəcəksiniz, görəcəksiniz ki, bir neçə yerdə artıq inşaat layihələrinin, yəni, yaşayış binalarının tikintisi gedir”.

O ki qaldı, Azərbaycanın Türkdilli dövlətlərlə əməkdaşlığa verdiyi önəmə – xatırladaq ki, bu məsələ həm ulu öndərin, həm də Prezident İlham Əliyevin xarici siyasətində əsas hədəflərdən biridir – bu məsələ ilə bağlı olduqca yeni bir xəbər var. Yəni srağagün   Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev  Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. İnanırıq ki, bu səfər Azərbaycan – Özbəkistan dostluq və tərəfdaşlığının daha da zənginləşməsi ilə yanaşı Azərbaycan – Türk dünyası əməkdaşlığının inkişafına da özünəməxsus töhfələr verəcək.

Ümumiyyətlə, Azərbaycan Prezidentinin müəyyən etdiyi elə bir hədəf yoxdur ki, xalqımız o hədəfə çatmağımızın şahidinə çevrilməsin. Hədəflərin həmişə bəllidir,  Azərbaycan. Yolun  daim açıq olsun!

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

İttifaq MİRZƏBƏYLİ