USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb


https://img.baki-baku.az/news/2023/08/photo_7708.jpg

Qərbi Azərbaycan İcması və digər vətəndaş cəmiyyəti təşkilatlarının müraciəti BMT şuralarının rəsmi sənədləri kimi yayılıb.

“Ermənistanın apardığı etnik təmizləmə, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər nəticəsində azərbaycanlıların onilliklər ərzində məruz qaldıqları iztirab və məhrumiyyətlərə beynəlxalq ictimaiyyətin biganəliyi və ikili standartları ilə bağlı Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti təşkilatları 2023-cü il iyulun 28-də müraciət qəbul etmişdi. Həmin müraciət BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yayılıb.

Sənədin sözügedən ali orqanların gündəliyinin irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınması, qaçqınların hüquqlarının qorunması, silahlı münaqişələrin qarşısının alınması və sülh quruculuğu, bəndləri altında yayılması Azərbaycanofobiyanın irqi ayrı-seçkiliyin və ksenofobiyanın bir növü və bir beynəlxalq problem kimi təsbit edilməsində və ona qarşı beynəlxalq mübarizənin formalaşdırılmasında mühüm rol oynayır”, - deyə məlumatda bildirilib.

Vurğulanıb ki, Qərbi Azərbaycan İcması digər vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə, Ermənistanın xalqımıza qarşı törətdiyi hüquq pozuntularını işıqlandırmaqda və bəzi dairələrin bu məsələ ilə bağlı nümayiş etdirdiyi ikili standartların və riyakarlığın ifşasına davam edəcək.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Daxili siyasət