USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup amerikalı jurnalisti və media eksperti Füzuli rayonunu ziyarət edib


https://img.baki-baku.az/news/2023/08/photo_7695.jpg

Füzuliyə gedərkən qonaqlar yolboyu erməni barbarlığının təcəssümü olan dağıdılmış, viran qoyulmuş kəndləri, qəsəbələri seyr edib və Merdinli kəndindəki məscidə baxış keçiriblər. İşğal illərində Qarabağ ərazisində yerləşən bir çox məscidlərin erməni vandalları tərəfindən dağıdıldığı, onların bir qismindən başqa məqsədlər üçün istifadə olunduğu, bəzi məscidlərdə, o cümlədən Merdinli kənd məscidində də mal-qara və donuz saxlanıldığı diqqətə çatdırılıb.

Qonaqlar Füzuli Beynəlxalq Hava Limanı və Füzuli şəhərində salınan  yeni yaşayış kompleksi ilə də tanış olublar.  

Daha sonra Zəngilan rayonunun Ağalı kəndində olan qonaqlara məlumat verilib ki, “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış bu yaşayış məskəninə “Böyük Qayıdış” proqramına uyğun olaraq əhali köçürülüb və bu proses davam etməkdədir. Ağalı kəndində müasir şəhərsalma standartlarının tətbiq olunduğu, ən müasir texnologiyalardan istifadə edildiyi, köçürülmüş əhali üçün bütün infrastrukturun yaradıldığı vurğulanıb. Bildirilib ki, müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediliblər.

Amerikalı jurnalistlərə müsahibəsində kənd sakinlərindən biri deyib ki, işğal zamanı Zəngilanı tərk edərkən 20 yaşı olub. Rayon azad edildikdən sonra isə 50 yaşında ailəsi ilə birlikdə Ağalı kəndinə qayıdıb. Qeyd edib ki, artıq 8 aydır doğma yurdunda yaşayır, çalışır və dövlətimizin Ağalı sakinləri üçün yaratdığı şəraitdən çox razıdır.

Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-ın Yel Univeristetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (Fox TV, CNN, Al Jazeera) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış blogger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildir.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Daxili siyasət