USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib


https://img.baki-baku.az/news/2023/05/photo_7511.jpg

UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib.

Bu barədə AZƏRTAC-a İcmanın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Qərbi Azərbaycan İcması 2023-cü il martın 27-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdi.

İcma bu mövzuya beynəlxalq diqqəti cəlb etmək və UNESCO-nun bu məsələ ilə məşğul olmağa başlamasını təmin etmək üçün müvafiq xarici dövlətlər, beynəlxalq və regional təşkilatlar ilə davamlı təmaslar aparıb.

Bu kontekstdə, UNESCO İcmanın müraciətinə nəhayət rəsmi cavab verib. Təşkilatın rəhbər şəxsinin imzaladığı məktubda indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə İcmanın qaldırdığı məsələnin UNESCO-nun mandatına birbaşa aid olduğu vurğulanmış və bu sahədə müvafiq mexanizmlərdən istifadə etməklə məsələ ilə yaxından məşğul olduğu bildirilib.

UNESCO-nun İcmaya göndərdiyi bu məktub indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsi məsələsinin beynəlxalq gündəliyə gətirilməsi, bu sahədə praktik addımların atılması və beynəlxalq aləmdə İcmanın mötəbər tərəf-müqabil kimi tanınması, o cümlədən, UNESCO ilə İcma arasında predmetli dialoq yolunda mühüm inkişafdır.

İcma indiki Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün beynəlxalq hüququn normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirəcək.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Daxili siyasət