USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ATƏT PA-nın prezidenti: Qarşıdakı hədəflərə çatmaq üçün birgə əməkdaşlığa ehtiyac var


https://img.baki-baku.az/news/2023/05/photo_7503.jpg

Planetimizin təbii sərvətlərinin bizim üçün bəxşiş olduğunu dərk etməli, onların gələcək nəsillərə çatdırılması üçün addımlar atmalıyıq. Bu mövzuda ümumi məhsuldar debatların keçirilməsi gələcəkdə daha dayanıqlı ATƏT regionunun yaranmasına töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti xanım Marqareta Sederfelt mayın 22-də Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.

Ekologiyanın daha da yaxşılaşdırılması istiqamətində maarifləndirmə işlərinin görülməsinin əhəmiyyətinə toxunan Marqareta Sederfelt əlavə edib: "Qarşıdakı hədəflərə çatmaq üçün birgə əməkdaşlığa ehtiyac var. Biz kollektiv şəkildə səsimizi ucaldaraq dayanıqlı hədəflərimizə çatmaq istiqamətində birgə əməkdaşlıq etməliyik. Yaşıl iqtisadiyyata keçid qlobal çağırışlara qarşı reaksiya verməyə imkan yaradacaq. Bununla biz gələcək nəsillərin gələcəyini təmin etmiş oluruq".




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Daxili siyasət