USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər


https://img.baki-baku.az/news/2023/05/photo_7493.jpg

Mayın 21-də Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə, deputatlar Erkin Qədirli və Kamal Cəfərov isə bu təşkilatın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün Kipr Respublikasının Larnaka şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib komitə iclaslarında əmək, sosial, sağlamlıq və digər insan hüquqları, həmçinin sosial müdafiə mövzularında məruzələr dinləniləcək, insan alverinə, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə kimi məsələlər müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək.

Milli Məclisin deputatları komitələrdə müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcək, qeyd və təkliflərini verəcəklər.

Deputat Kamal Cəfərov AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında “Birləşmiş Krallığın insan hüquqları qanunvericiliyində islahatları: daxildə və Avropada insan hüquqlarının qorunması kontekstində nəticələri” mövzusunda məruzə ilə çıxış edəcək.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Daxili siyasət