USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vüqar İskəndərov: Ermənistan hakimiyyəti ölkəsini məhvə aparan siyasətdən əl çəkməlidir


https://img.baki-baku.az/news/2023/05/photo_7421.jpg

2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Ermənistanın acınacaqlı məğlubiyyəti ilə başa çatdı. Müharibədə mütləq Qələbə qazanan Azərbaycan bununla belə regionda əbədi sülhün əldə edilməsi üçün əməkdaşlıq təkliflərini irəli sürdü. Düşünmək olardı ki, Ermənistan rəhbərliyi bu imkanları, ona uzanan sülh əlini doğru şəkildə dəyərləndirəcək. Çünki bu, hamıdan daha çox Ermənistanın özünə lazımdır. Lakin biz bunun əksini müşahidə edirik. Ermənistan təxribatlar törədərək sülhün bərqərar olmasına maneə törədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.

Deputat bildirib ki, Paşinyan hakimiyyəti bir tərəfdən danışıqların sülh sazişi ilə nəticələnməsinə mane olan təxribatlar törədir, digər tərəfdən də Azərbaycana qarşı yalan və böhtan kampaniyası aparır. “Bu kontekstdə qeyd edə bilərik ki, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinə qarşı “etnik təmizləməsi” və Laçın yolunun “blokada”sı ilə bağlı iddiaları da növbəti yalan təbliğatdan başqa bir şey deyil. Bəlli olduğu kimi, Azərbaycanın Laçın rayonunda Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindən sərbəst keçid təmin olunur. Yayılan kadrlardan da göründüyü kimi, vətəndaşların sərhədi keçməsi qaydalara uyğun olaraq nizam-intizamla və nəzakətli şəkildə təşkil edilir”.

Vüqar İskəndərov, həmçinin Azərbaycan sərhədçilərinin yüksək peşəkarlıq nümayiş etdirdiyini söyləyərək deyib: “Bir sözlə, Laçın yolunda təhlükəsizlik və sərhəd keçidində nəzarət təmin olunub, qayda-qanun çərçivəsində sərhədi keçməklə bağlı heç bir problem yoxdur. Ermənistan hakimiyyəti isə nə qədər gec deyil ölkəsini tamamilə məhvə aparan siyasətdən əl çəkməlidir”.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Daxili siyasət