USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Prezidenti və birinci xanım İrəvanda Avropa çempionatında uğur qazanan türkiyəli atleti təbrik ediblər


https://img.baki-baku.az/news/2023/04/photo_7395.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanan türkiyəli idmançı Nuray Güngörə təbrik məktubu göndəriblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanımın Nuray Güngörə təbrik məktubunda qeyd olunub: “İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında böyük qələbə əzmi ilə ölkənizi ləyaqətlə təmsil edərək möhtəşəm uğura imza atmağınız, Türkiyənin şanlı bayrağını yüksəklərə qaldırmağınız, Dövlət Himnini səsləndirməyiniz bizi çox sevindirdi və qürurlandırdı. Avropa birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq medallarınızı Azərbaycana həsr etdiyiniz üçün də Sizə xüsusi təşəkkür edirik.

Sevincimizi və kədərimizi birgə paylaşdığımız qardaş Türkiyənin biz olmayan yerdə bizi təmsil etməsi bir millət, iki dövlət olmağımızı bir daha bütün dünyaya bariz şəkildə nümayiş etdirdi.

Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik”.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 16-da Türkiyənin daha iki idmançısını - ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanan Cansu Bektaşı və gümüş medal sahibi Qamze Altunu da təbrik etmişdilər.

 




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Daxili siyasət