USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

KİVDF jurnalistlər üçün onlayn təlim keçirir


https://img.baki-baku.az/news/2020/09/photo_705.jpg?v=MjAyMC0wOS0xMSAxNDo0ODoxOA==

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda ikinci təlimlər keçirilib.

KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, “Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlığının artırılması” mövzusunda onlayn təlim Türkiyənin tanınmış media təlimçisi – Marmara Universitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Ali Murat Kırık tərəfindən təqdim olunub.

Təlimdə rəqabətli xəbər istehsalının hazırlanmasından bəhs olunub, xəbərin oxunaqlığının artırılması üsulları nümayiş etdirilib, xəbər yazarkən və ya reportaj hazırlayarkən texnoloji vasitələrdən düzgün istifadə qaydaları barədə məlumat verilib. Daha sonra adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, KİVDF tərəfindən təşkil olunan təlimdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən 25-dən çox jurnalist iştirak edib.

Təlimlərlə bağlı ətraflı məlumat KİVDF-nin saytında yer alıb.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət