USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ceyhun Bayramov Şuşadan səsləndi: “Azərbaycanın erməni vətəndaşlarının inteqrasiyası əsas prioritetdir”


https://img.baki-baku.az/news/2022/03/photo_6607.jpg

“Müharibə bitən kimi Azərbaycan azad olunmuş ərazilərdə böyük miqyaslı tikinti, yenidənqurma işlərinə başlayıb”.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantıda deyib.

Onun sözlərinə görə, işğal dövründə yerlə yeksan edilmiş bu ərazilərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz yurdlarına geri qayıtması, bu ərazilərdə Azərbaycanın erməni vətəndaşlarının siyasi, iqtisadi və digər sahələrdə inteqrasiyası və bərabərhüquqlu vətəndaş olması əsas prioritetlərindəndir.

“Azad olunmuş torpaqlarda reabilitasiyaya maneə olan əsas məqam bu ərazilərin minalarla çirkləndirilməsidir. Bu, məcburi köçkünlərin təhlükəsiz şəkildə qayıtmasına və sürətli yenidənqurmaya əngəl törədir. BMT institutlarının təmsilçilərinin bu regionlara səfəri və baş verənləri öz gözləri ilə görməsi yaxşıdır. Ümid edirik ki, bu missiyalar öz hesabatlarında gördüklərini əhatəli şəkildə təqdim edəcəklər və konkret təkliflər verəcəklər. Təbii ki, bu hesabatlarda Azərbaycan Hökumətinin qısa zamanda gördüyü işlər də kənarda qalmamalıdır”, - nazir vurğulayıb.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Daxili siyasət