USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Deputat Tahir Kərimli yenə əsəbləşdi: "Nəinki nazir, heç nazir müavini səviyyəsində də bizə cavab verilmir"


https://img.baki-baku.az/news/2022/03/photo_6563.jpg

“Hökumətin üzvləri bizə cavab vermir. Nəinki nazir, heç nazir müavini səviyyəsində də bizə cavab verilmir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, onlar deputatların zənglərinə cavab vermir, “Deputat statusu haqqında” qanuna əməl etmirlər.

T. Kərimli “Anatiinhisar fəaliyyəti haqqında” yeni qanunun hazırlanmasını alqışladığını vurğulayıb.

O, şəhid adlarının məktəblərə verilməsində çətinliklərin olduğunu diqqətə çatdırıb: “Nazirlər Kabineti müvafiq qərara dəyişiklik etməlidir”.

Özəlləşmə məsələsinə toxunan T. Kərimli özəlləşdirmə zamanı keçmişdə yol verilmiş səhvləri Qarabağda təkrarlamamağa çağırıb.

Deputat təklif edib ki, əməkhaqqı artımı 1000 manat və daha yüksək deyil, aşağı əməkhaqqı alanlara şamil edilsin: “Onların maaşı daha çox artırılmalıdır”.

T. Kərimli kəndlərdə həkim, xarici di müəllimi çatışmadığını da vurğulayıb.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Daxili siyasət