USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azad edilmiş ərazilərə ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb


https://img.baki-baku.az/news/2022/01/photo_6170.jpg

İşğaldan azad edilmiş ərazilərə ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

 

Marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər və avtobuslarda sərnişinləri müşayiət edən könüllülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib, onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub.

Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilir, həmçinin hər bir oturacağın üzərinə təlimat broşürü yerləşdirilib. Səfər zamanı avtobusları Daxili İşlər Nazirliyinin əməkdaşları müşayiət edirlər.

Qeyd edək ki, bu günə qədər Şuşa və Ağdam istiqamətində 12 reys uğurla həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1100-dən çox bilet alıblar. Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Belə ki, təhlillər nəticəsində Bakı – Şuşa – Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən edilib və bu istiqamətdə əlavə reysin açılması qərara alınıb. Fevralın 16-dan etibarən Bakı – Şuşa – Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət