USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

DTX saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq edib


https://img.baki-baku.az/news/2022/01/photo_6011.jpg

Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədir. Belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb olur və nəticədə həmin sosial şəbəkə resurslarında yerləşdirilən materialların DTX tərəfindən yayımlanması kimi başa düşülür.

APA-nın xəbərinə görə, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsininin yaydığı məlumatda bildirilib.

 

Qeyd olunub ki, DTX-nin rəsmi internet saytı olan “https://www.dtx.gov.az/az/” və “Facebook”, “Twitter”, “İnstagram”, “Youtube” sosial şəbəkələrində müvafiq olaraq “https://www.facebook.com/DTXAzerbaijan”, “https://twitter.com/DTX_Azerbaijan”,“https://www.instagram.com/azerbaijandtx/”,“https://www.youtube.com/c/DTXofficialchannel/” səhifə və kanalları fəaliyyət göstərir və DTX-yə aid məlumatlar yalnız bu mənbələrdə yerləşdirilir: "Həmçinin xüsusi vurğulayırıq ki, DTX-nin sosial şəbəkələrdəki rəsmi səhifələri “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” administrasiyaları tərəfindən verilmiş və bu resursların rəsmiliyini təsdiq edən qeydiyyat nişanına sahibdir. Bununla yanaşı bildiririk ki, sosial şəbəkələrdə DTX-nin rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil.

Vətəndaşlarımızın və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nin fəaliyyəti barədə məlumatlar yalnız yuxarıda qeyd olunan DTX-nin rəsmi internet resurslarından əldə olunmalıdır".




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Daxili siyasət