USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sahil Babayev: "2022-ci ildə pensiya ilə yanaşı, müavinətlər də artacaq"


https://img.baki-baku.az/news/2021/12/photo_5831.jpg

“Prezident İlham Əliyevin tapşırığı ilə sosial islahatların yeni mərhələsi kimi, növbəti sosial islahat paketi hazırlanıb. Bu paket çərçivəsində 2022-ci ilin əvvəlindən minimum pensiyada artım olacaq. Pensiya ilə yanaşı, müavinətlər də artacaq”.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açılışı zamanı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, 2018-2021-ci ildə minimum pensiya artımı 82%, orta pensiya artımı 60% olub: Müavinətlərdə də artımlar orta hesabla 2 dəfəyə yaxın olub. Ümumən, yeni ildən növbəti sosial islahat paketi çərçivəsində pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardımlar artacaq. Bu artımların 2 milyondan çox insanı əhatə edəcəyini deyən S.Babayev bildirdi ki, əlavə olaraq 1 milyon 100 mindən çox pensiyaçının pensiyası da gələn ildən indeksasiya nəticəsində artacaq”.
Nazir vurğulayıb ki, pensiya islahatlarında məqsəd dövlət pensiya sisteminin davamlılığının qorunması ilə yanaşı, bu sistemdə yeni humanist yanaşmaların tətbiqi, pensiya təminatına əlçatanlığın artırılmasıdır. Son illərdə həmin istiqamətdə mühüm addımlar atılıb. Pensiya sistemində yeni humanist yanaşmaların tətbiqi davam edəcək”.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət