USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əflatun Amaşov: "Həmrəylik jurnalistikanın təbiətinə hakim kəsilmiş xarakterdir"

Mətbuat Şurasının sədri 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə media təmsilçilərini təbrik edib


https://img.baki-baku.az/news/2020/09/photo_582.jpg

"Tarixin bütün sınaqlarından ləyaqətlə çıxmağı bacarmış Azərbaycan jurnalistikası bütün çətinliklərinə və məhrumiyyətlərinə rəğmən cəmiyyətin oturuşmuş ictimai institutu kimi özünü təsdiqləyib. Azərbaycan jurnalistikasının gücü onu həm qəbul edilməyə, həm də onunla hesablaşılmağa imkan verir. Cəmiyyət böyük ölçüdə peşəmizi ictimai maraq və mənafelərin qorunmasına yönələn mütərəqqi qüvvə olaraq görür, ona inam və etimad bəsləyir. Bütün bunları jurnalistika eyni zamanda həmrəyliyi ilə əldə edib". Bu fikirlər Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə media təmsilçilərinə ünvanladığı təbrikində yer alıb. 

"Baki-Baku.az" xəbər verir ki, Ə.Amaşov facebook sosial şəbəkəsindəki hesabında paylaşdığı təbrik mətnində jurnalistikanı həmrəy olmağa məhkum peşə kimi dəyərləndirib. O bildirib ki, həmrəylik jurnalistikanın təbiətinə hakim kəsilmiş xarakterdir. "Bu günün Azərbaycan jurnalistikası isə həm də dövlətə, dövlətçiliyiyə sədaqət ruhuna köklənmiş həmrəylik nümunəsidir. Arzu edirəm ki, jurnalistlərimizin həmrəyliyi kimi qəbul edilən bütün tədbirlər bundan sonra da Vətənimiz Azərbaycanın inkişafına xismət etsin. Əminəm ki, belə də olacaq", - deyə Ə.Amaşov vurğulayıb.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət