USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Daxili İşlər Nazirliyi polislərin maaşının artırılması təşəbbüsü ilə çıxış etməyib


https://img.baki-baku.az/news/2021/11/photo_5634.jpg

Bu yaxınlarda Milli Məclisdə keçirilən iclasların birində polis əməkdaşlarının maaşlarının 2 dəfə artırılması barədə təklif irəli sürülüb. Bu təklifin Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə səslənməsi barədə fikirlər səslənir.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, Nazirlik tərəfindən belə bir təşəbbüs irəli sürülməyib: “Dövlətimizin, xüsusən cənab Prezidentin hər zaman daxili işlər orqanlarının əməkdaşlarına göstərdiyi ali diqqət və qayğı hamıya məlumdur. Eyni zamanda, son iki ildə dünyada qlobal problemə çevrilmiş COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına göstərdiyi mənfi təsiri, həmçinin zəfərlə başa çatan Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə böyük vəsait tələb edən tikinti-quruculuq işlərini, şəhid ailələrinə, müharibə iştirakçılarına dövlətin göstərdiyi hərtərəfli diqqət və qayğını nəzərə alan, anlayışla qarşılayan hər bir Azərbaycan vətəndaşı kimi polis əməkdaşları da belə bir dönəmdə əməkhaqlarının artırılması barədə düşünməyib. Onlar ictimai asayişin və ictimai təhlükəsizliyin təmini, cinayətkarlığa qarşı mübarizə kimi çətin və şərəfli bir fəaliyyətin müqabilində dövlət büdcəsindən ayrılan əməkhaqqı və dövlət tərəfindən göstərilən diqqət və qayğı ilə kifayətlənirlər. Qürur hissi ilə qeyd edim ki, daxili işlər orqanlarının hər bir əməkdaşı əsl vətəndaş mövqeyi nümayiş etdirərək, bugünki gündə dövlətimizin iqtisadiyyatının daha da güclənməsində və həyata keçirdiyi layihələrin tezliklə və müvəffəqiyyətlə reallaşmasında maraqlıdırlar”.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət