- Daxili siyasət
- 09:43 19.09.2024
Azərbaycanda minimum pensiyanın məbləği artırılır.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev APA-ya açıqlamasında bildirib ki, minimum pensiyanın məbləği 240 manata qaldırılır.
Hazırda minimum pensiyanın məbləği 200 manatdır.
Beləliklə, minimum pensiyanın məbləğində 20 faiz artım nəzərdə tutulur.