USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Hikmət Hacıyev: “Ermənistan Azərbaycan ərazilərinə iddialardan əl çəkməlidir”


https://img.baki-baku.az/news/2021/11/photo_5584.jpg

“Diplomatik xidmətdə olduğum müddətdə başqa ölkələrin zəfər günləri ilə bağlı tədbirlərə dəvət alırdım. Həmişə düşünürdüm ki, bizim tariximizdə də belə Zəfər olacaq?”

APA-nın xəbərinə görə, bunu bu gün ADA Universitetində təşkil olunan “44 Günlük Zəfər Yolu” konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, artıq Azərbaycan tarixində də belə bir Zəfər Günü var: “Xaricdə tədbirlərdə məğlub olmuş ölkənin nümayəndəsi kimi çıxış etmək də çox çətindir. İndi xaricdəki diplomatik nümayəndəliklərimizdə Zəfər Günü ilə bağlı tədbirlər təşkil olunur. Ali Baş Komandana təşəkkür edirik!”

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə problem mövcuddur və bu münasibət dəyişməlidir.

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalı, ölkələr bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımalıdır”, - H. Hacıyev vurğulayıb.

Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddialar onu göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır: “Buna son qoyulmalıdır. Ermənistan Azərbaycan ərazilərinə iddialardan əl çəkməlidir”.

H. Hacıyev onu da vurğulayıb ki, Ermənistanın Cənubi Qafqazda daha bir dövlət yaratmaq niyyəti iflasa uğrayıb.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət