USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Hafiz Paşayev: “Biz tarixi bilmədiyimiz üçün başımıza bəlalar gəlmişdi”


https://img.baki-baku.az/news/2021/11/photo_5578.jpg

“Mən ABŞ-da səfir olmuşam, illərlə fəaliyyətimi ABŞ Konqresinin 907 saylı düzəlişinin aradan qaldırılması istiqamətində səylərə həsr etmişəm. Çünki işğala məruz qaldığımız halda sanksiya ilə üzləşmişdik. Bu ədalətsizliyə, bu suala 30 il sonra 44 günlük müharibədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı cavab verdi”.

APA-nın məlumatına görə, bunu bu gün ADA Universitetində təşkil olunan “44 Günlük Zəfər Yolu” mövzusunda konfransında universitetin rektoru Hafiz Paşayev bildirib.

 

H.Paşayev deyib ki, səfir olduğu dövrdə Heydər Əliyev əlində qovluqla hər dəfə ABŞ-a səfər edəndə Konqresdə və digər qurumlarda olur, başa salmağa çalışırdı ki, Qarabağ haradadır, problemin səbəbi nədir: “Heydər Əliyev hər dəfə müəllim kimi izah verir, qarşılaşdığı suallara isə təəccüb edirdi. Hər dəfə suallar verilirdi ki, Azərbaycan niyə Qarabağdakı erməniləri blokadaya salıb, sülhə razı olmur. Bu, çox ağrılı məqamlar idi”.

H. Paşayev artıq bərpa və sülh üçün çalışmalı olduğumuzu vurğulayıb: “Biz çalışmalyıq ki, o ağrılı tarix bir daha təkrar olunmasın. Biz keçmişi, tarixi bilmədiyimiz üçün başımıza bəlalar gəlmişdi. Təəssüflə deməliyik ki, Qarabağa Sovet dövründə kifayət qədər diqqət yetirməmişik. Sovet dövründə AMEA-da çalışanda yadıma gəlmir ki, Qarabağla bağlı araşdırma aparaq, orada elmi ocaq yaradaq. Ona görə də tələbələrə də deyirəm ki, biz Zəfərə layiq olmalıyıq”.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət