USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Baş prokuror: “Prokurorluq orqanlarında islahatlar aparılır”


https://img.baki-baku.az/news/2021/11/photo_5535.jpg

“Beynəlxalq Prokurorlar Assosiasiyasında korrupsiya ilə mübarizə və çirkli pulların yuyulmasına qarşı şəbəkə var. Gələcəkdə bu şəbəkənin fəaliyyətinin genişləndirilməsini planlaşdırırıq”.

APA-nın məlumatına görə, bunu Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorlarının ilk iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev bildirib.

 

K.Əliyev deyib ki, indiyə qədər Beynəlxalq Prokurorlar Assosiasiyası tərəfindən korrupsiyaya qarşı mübarizə ilə bağlı treninqlər keçirilib: “Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən ölkələrin prokurorluq orqanları bu qarşılıqlı əməkdaşlıqdan faydalanır”.

Baş prokuror qeyd edib ki, prokurorluq orqanlarında zamana uyğun islahatlar həyata keçirilir: “Cinayət təqibindən kənar icraatlar idarəsini bu aspektdə qeyd etmək istəyirəm. Bunu başqa cür ictimai maraqların qorunması üzrə idarə kimi də qeyd etmək olar. Məsələn, cəmiyyətdə azyaşlıların hüquqlarının qorunmasına, ekoloji cinayətlər və s. mübarizə aparmağa ehtiyac var. Bu sahədə inzibati yolla mübarizə daha effektiv olur. Ahıl şəxslərin hüquqlarının müdafiəsi ilə də bu idarə məşğul olur”.

K. Əliyev nəzərə çatdırıb ki, dövlətə dəymiş ziyanın ödənilməsi ilə bağlı da xüsusi idarə yaradılıb: “Xidməti Araşdırmalar İdarəsi də yaradılıb. Bu, sırf prokurorluq orqanlarının inzibati xətalarının, etik davranış qaydalarının pozulmasının araşdırılması ilə bağlıdır”.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət