USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əli Hüseynli 18 oktyabrın qeyri-iş günü olmasını təklif edən deputatları populist adlandırdı


https://img.baki-baku.az/news/2021/10/photo_5524.jpg

“Biz komitədə məsələni müzakirə edəndə peşəkar hüquqşünaslar dedi ki, bu, texniki dəyişiklikdir. Amma mən bildirdim ki, bu mövzuda çıxış edənlər, populizm axtaranlar olacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spikerin birinci müavini Əli Hüseynli 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olmasını təklif edən deputatlara cavabında deyib.

Ə.Hüseynli bildirib ki, indiyə kimi 18 oktyabra etinasız yanaşma olmayıb: “Burda səsləndirilən fikirlər elə göstərir ki, indiyə kimi 18 oktyabrı qeyd etməmişik. Qeyri-iş günləri həmin günün dəyərini azaltmır. Hansısa bayramın gününü alıb digər bayramı qeyd etmək fikrini qəbul edə bilmərəm. Bu layihə sadəcə texniki xarakter daşıyır, uyğunlaşdırmadır”.

Qeyd edək ki, parlamentin bugünkü iclasında deputatlar Fazil Mustafa, Əli Məsimli və Sabir Rüstəmxanlı 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması təklifi ilə çıxış edib.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət