USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vətən müharibəsində ziyan dəyən 11300 obyekt üzrə tikinti və təmir-bərpa işləri yekunlaşdırılıb


https://img.baki-baku.az/news/2021/10/photo_5462.jpg

Bərdə şəhərində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 5 yaşayış evi və 2 qeyri-yaşayış obyekti dağıdılıb, 240-dan çox yaşayış evi və tikiliyə zərər dəyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən APA-ya verilən məlumata görə, Komitənin nəzarəti altında qısa zaman ərzində görülmüş işlər nəticəsində 215 tikili təmir-bərpa olunub, 5 yaşayış evi və 1 sahibkarlıq obyekti tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib. Hazırda 28 tikilinin təmir-bərpası gedir və 1 sahibkarlıq obyektinin tikintisi bitmək üzrədir. Qısa zamanda Bərdə şəhərində işlərin tam yekunlaşdırılması nəzərdə tutulur.

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçərək insanlıq əleyhinə cinayətlər törədib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirib, fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı zərər vurub. Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli sərəncamına əsasən dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılaraq 11 şəhər və rayon ərazisində yerləşən zərər dəymiş tikilələrə baxış keçirilib, qiymətləndirmə aparılaraq təmir-tikintinin ilkin planlaşdırılması işlərinə başlanılıb. Nazirlər Kabinetinin 14.01.2021-ci il tarixli Sərəncamı ilə 11 şəhər və rayon ərazisində yerləşən yaşayış evləri, sahibkarlıq obyektləri və digər təyinatlı tikililərin inşası, təmir və bərpası üzrə sifarişçi funksiyaları, habelə tikinti prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Bu istiqamətdə fəaliyyətə başlamaq üçün Komitə tərəfindən ilkin mərhələdə zəruri hazırlıq işləri aparılıb, iş həcmləri dəqiqləşdirilərək ərazilər üzrə qruplaşdırılıb və yanvar ayının 27-dən etibarən ziyan dəymiş 11 şəhər və rayon ərazisində təmir-tikinti işlərinə parallel olaraq start verilib.

Ümumilikdə 11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib. Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında hazırkı mərhələdə 11300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Daxili siyasət