USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

YAP sədrinin müavini: "Azərbaycan və Türkiyə Qafqazda yeni reallıqlar yaradıb"


https://img.baki-baku.az/news/2021/09/photo_5022.jpg

“Bu gün çox əlamətdar bir gündür. 103 il əvvəl Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycan Ordusu ilə Bakı şəhərini bolşevik-daşnak qüvvələrindən azad edib".

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixi köklərə əsaslanır: "Bakının işğaldan azad edilməsi zamanı 5 mindən çox türk əsgəri öz canını qurban verib. Bu hadisələr Azərbaycan xalqının yaddaşına həkk olunub. Azərbaycan xalqı hər zaman türk şəhidlərinin xatirəsini əziz tutur. Bakı Türk Şəhidliyi abidəsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının bir rəmzidir. Bura xalqımızın ehtiramla yad etdiyi məkana çevrilib”.

YAP sədrinin müavini bildirib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir: “Bizim ortaq mədəniyyətimiz, dilimiz, dinimiz var. İki ölkə arasında dünyada analoqu olmayan münasibətlər sistemi qurulub. Bizim dostluq və qardaşlıq münasibətimiz 102 ildən sonra da təkrar olunub. Azərbaycanın haqq savaşında Türkiyə mənəvi və siyasi dəstək göstərib. Türkiyə Vətən müharibəsində Azərbaycanla bir olduğunu bütün dünyaya nümayiş etdirib. Bu gün Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik zirvəsinə ucalıb. Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri, qardaşlığı bütün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. Hər iki ölkə başçısının iştirakı ilə imzalanan Şuşa Bəyannaməsindən sonra da görülən işlər göz qabağındadır”.

T. Budaqov qeyd edib ki, artıq Azərbaycanın güclü və müzəffər ordusu var: “Ölkəmizdə ordu quruculuğu davam edir. Bu işdə də Türkiyə Azərbaycanla birlikdədir. Son zamanlar həyata keçirilən birgə hərbi təlimlər də bunu bir daha nümayiş etdirir. Şuşa Bəyannaməsindən sonra Azərbaycan və Türkiyə Qafqazda yeni reallıqlar yaradıb. Mən bir daha bütün Azərbaycan xalqını bu əlamətdar hadisə münasibətilə təbrik edirəm”.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Daxili siyasət