USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yeni nazir kollektivə təqdim olundu


https://img.baki-baku.az/news/2021/09/photo_4931.jpg

Bu gün yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim edilib.

APA-nın məlumatına görə, Fərid Qayıbovu kollektivə Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev təqdim edib. İlk olaraq gənclər və idman naziri Azad Rəhimovun xatirəsi yad edilib.

Y.Məmmədəliyev Azad Rəhimovun gənclər və idman siyasətindəki uğurlarından söz açıb. O bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Qayibov gənclər və idman naziri təyin olunub: "O, idman ictimaiyyətində yaxşı tanınan biridir. İdman sahəsində biliyi, təcrübəsinə görə ölkə rəhbəri tərəfindən bu məsul vəzifə ona həvalə edilib. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu, bizi qürurlandırır. Uğurlara baxmayaraq, bəzi çatışmazlıqlara diqqət yetirməliyik".

O bildirib ki, 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı qələbədə vətənpərvər ruhda yetişdirilmiş gənclər aparıcı rol oynayıb: "Əminəm ki, nazirliyin yeni rəhbəri öz işlərini uğurlara həyata keçirəcək. Doğma ölkəmiz üçün birlikdə uğurlara nail olacağıq".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Qayıbov gənclər və idman naziri təyin olunub.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət