USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dini mərasimlərin keçirilməsində Operativ Qərargahın tələbləri, QMİ Qazılar Şurasının tövsiyələrinə hər kəs ciddi əməl etməlidir


https://img.baki-baku.az/news/2021/08/photo_4654.jpg

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər daim diqqət mərkəzində saxlanılır.

APA-nın xəbərinə görə, bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. E. Hacıyev deyib ki, nəzərdə tutulan məhdudiyyətlərlə əlaqəli müəyyən olunan qaydalara etinasız yanaşan, xarici himayədarlarının təsiri ilə Lənkəran rayonunun Separadi kənd sakini Ruhullah Axundzadə Şababa oğlu bu gün “facebook” profili üzərindən canlı yayımla onu tanıyanları kütləvi dini mərasimlərdə iştiraka çağırıb.

Bununla əlaqədar R.Axundzadəyə rayon hüquq-mühafizə orqanları tərəfindən rəsmi xəbərdarlıq edilib, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydaları izah olunub.

Qeyd olunanları nəzərə alaraq, vətəndaşlara tövsiyə edirik ki, infeksiya şəraitində dini mərasimlərinin keçirilməsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tövsiyələrinə hər bir şəxs ciddi əməl etməlidir.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət