USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fazil Mustafa: "Bizim din siyasətimiz kökündən yanlışdır"


https://img.baki-baku.az/news/2021/07/photo_4337.jpg

"Bizim din siyasətimiz kökündən yanlışdır. Yanlış olduğuna görə də cəhaləti bilavasitə müəyyən dərəcədə stimullaşdıran bir siyasət yürütməkdəyik". "Baki-Baku" az xəbər verir ki, bu fikri "Yenisabah.az"a müsahibəsində Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Msutafa deyib ki, əslində, biz cəhalətə qarşı nə qədər sərt görüntü nümayiş etdirsək də, hazırda hətta sovet hökumətinin apardığı mübarizədən də daha zəif bir mübarizə aparırıq. Əgər biz bu gün pirləri legitimləşdiririksə, məchul hansısa ziyarət yerini ibadət yerinə çevirib minlərlə insanı oraya təhrik ediriksə, deməli, biz özümüz bunu stimullaşdırırıq. 

"Müasir Azərbaycanda dini cəhalətin təhlükəsi yüz il öncədən daha təhlükəli vəziyyətdədir. Ona görə də bunu yığıb-yığışdırmağımız çətin olacaq. Ötən əsrin ziyalıları bu istiqamətdə daha fəal idilər, çünki onlar birinci növbədə müqayisə edə bilirdilər, dini bilgiləri vardı. İndikilər müqayisə edə bilmirlər. Bilgi olmayanda nəyin doğru, nəyin yanlış olduğunu deməkdə çətinlik çəkərsən və bir yobaz dindarın, saxtakar mollanın dediyi istiqamətdə düşüncə formalaşdırarsan. Ona görə problemlər artmağa başlayır. Azərbaycanın gələcəyi üçün hətta ermənidən də böyük təhlükə cəhalət və xurafatdır. Bu, xarici ölkələrdən stimullaşdırılır. Xüsusi olaraq ölkəmizin alt qatında cəhalət minaları yerləşdirilir, bu partlasa, Azərbaycan üçün böyük faciələr olacaq", - deyə F.Mustafa fikrinə aydınlıq gətirib. 




Redaktorun seçimi

Atəşkəs niyə pozulur?
  • Daxili siyasət
  • 09:47 09.04.2024
Atəşkəs niyə pozulur?

Daxili siyasət