USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rəhman Hacıyev: ““Qarabağ Mərkəzi” layihəsi Qarabağa vurulmuş zərərin həcmini dünyaya çatdırmaq üçün yaradılıb"


https://img.baki-baku.az/news/2021/06/photo_4232.jpg

“2020-ci il bütün dünya üçün çox çətin il oldu. Dünya pandemiya şəraitində yaşadı, biz də həmçinin... Və ötən ilin sonunda müstəqil Azərbaycan olaraq ən böyük sınaqdan, imtahandan uğurla keçmiş olduq”.

APA-nın məlumatına görə, bunu “Karabakh.Center” internet resursunun təqdimat mərasimində Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.

 

R.Hacıyev bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz düşmən üzərində qələbə qazanıb, 30 il işğal altında olan torpaqları işğaldan azad edilib: “Biz birləşərək bütün dünyaya mesaj göndərmişik: istənilən problemi birləşərək həll etməyə qadirik. İşğaldan azad edilmiş Qarabağda dağıntıların miqdarı həddindən artıq böyükdür. Bizim “Qarabağ Mərkəzi” adlanan bu layihə də dünya ictimaiyyətinə bu zərərin həcmini çatdırmaq üçün yaradılıb. Prezident İlham Əliyevin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafla bağlı sənəddə nəzərdə tutulan 5 əsas prioritetdən biri də Böyük Qayıdışdır. Biz həmin həmrəyliyin nümayişi olan platformayıq”.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Daxili siyasət