USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

MSK-ya hesabat təqdim edən siyasi partiyaların sayı 50-yə çatıb


https://img.baki-baku.az/news/2021/06/photo_4111.jpg

Azərbaycanda daha 5 partiya tərəfindən maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

APA-nın məlumatına görə, Müasir Müsavat Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Həmrəylik Partiyası (MHP), Vahid Azərbaycan Milli Birlik Partiyası, Milli Konqres Partiyası və Milli Qurtuluş Partiyası maliyyə hesabatını MSK-ya təqdim edib.

Bununla da, MSK-ya hesabat təqdim edən siyasi partiyaların sayı 50-yə çatıb.

Xatırladaq ki, ötən il dövlət qeydiyyatında olan 12 partiya - Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokrat Sahibkarlar Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası (GAP) MSK-ya maliyyə hesabatı təqdim etməyib.

Qeyd edək ki, siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatıb.

Xatırladaq ki, qanunvericiliyə əsasən, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Daxili siyasət