USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Xaşxaş-2021” - DİN külli miqdarda çətənə bitkisinin məhv edildiyini açıqladı


https://img.baki-baku.az/news/2021/06/photo_4034.jpg

Daxili İşlər Nazirliyinin əməkdaşları yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkarlanması və məhv edilməsi istiqamətində “Xaşxaş-2021” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər nəticəsində Bərdə rayonunun Lənbəran kəndi ərazisində 5 ton 150 kiloqram çəkidə 25 min, Tərtər rayonunun Xoruzlu kəndində isə 2,1 ton çəkidə 4230 çətənə kolu aşkarlanıb.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları isə Eyvazalılar kəndi ərazisində yabanı halda bitmiş 2,1 ton çəkidə 3170 çətənə kolu aşkar ediblər.

Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Binə qəsəbə sakini S.Ağayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 40 çətənə kolu götürülüb.

Qubada keçirilmiş tədbirlər nəticəsində Mirzəqışlaq kənd sakinləri, əvvəllər məhkum olunmuş M.Babayev və oğluna məxsus həyətyanı sahədə və istixanada kultivasiya yolu ilə yetişdirilmiş 110 çətənə kolu, habelə M.Babayevin yaşadığı evin zirzəmisinə baxış zamanı oradan 16 qramdan artıq marixuana aşkarlanıb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri kompleks tədbirlər nəticəsində Xolmili kənd sakini M.Fərziyevin torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 47 çətənə kolu götürülüb.

Ağcabədi rayonunda keçirilmiş əməliyyat nəticəsində isə V.Əkbərovun yardımçı təsərrüfatından kultivasiya yolu ilə yetişdirilmiş 23 çətənə kolu aşkar olunub.

Götürülmüş çətənə kolları yandırılaraq məhv edilib.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Daxili siyasət