USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

YAP və AKP əməkdaşlığa dair niyyət protokolu imzalayıb


https://img.baki-baku.az/news/2021/06/photo_3933.png

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyəti iyunun 2-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş ilə görüşüb.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ankarada AKP-nin mərkəzi qərargahında keçirilən görüşdə iki qardaş ölkənin hakim siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin real vəziyyəti yüksək dəyərləndirilib, perspektivlər müzakirə olunub.

 

Sonra Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov və Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuş YAP ilə AKP arasında əməkdaşlığa dair niyyət protokolunu imzalayıblar.

İmzalanma mərasimindən sonra YAP Sədrinin müavini Tahir Budaqov və AKP Sədrinin birinci müavini Numan Kurtulmuş birgə mətbuat konfransı keçiriblər.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüsüynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.

İyunun 3-də davam edəcək səfər çərçivəsində partiya heyətlərinin digər görüşləri keçiriləcək, həmçinin YAP və AKP-nin gənclər birlikləri və təftiş komissiyaları arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Daxili siyasət