USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Telekommunikasiya operatorlarının və provayderin məsuliyyəti artırılır QANUN

İnzibati Xətalar Məcəlləsinə növbəti vacib dəyişiklik edildi


https://img.baki-baku.az/news/2020/08/photo_36.jpg

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. Dəyişiklik İnzibati Xətalar Məcəlləsinə "Telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması" adlı 370-2-ci əlavənin edilməsini nəzərdə tutur və bildirilir: 

“Maddə 370-2. Telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması

370-2.1. Telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə —

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

370-2.2. Bu Məcəllənin 370-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə —

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir”.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət