USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İndiyədək "YAŞAT" Fonduna 32 milyon manatdan artıq vəsait toplanıb, 16 milyon xərclənib


https://img.baki-baku.az/news/2021/04/photo_3598.jpg

““YAŞAT” Fondu yarandığı gündən 4 istiqamət üzrə fəaliyyətini davam etdirir. Bu fəaliyyətlər çərçivəsində daha 12 qazi bu gün Türkiyəyə yola salınıb”.

APA-nın məlumatına görə, bunu "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bildirib.

Onun sözlərinə görə, bu günə qədər Fond tərəfindən Türkiyəyə müalicə üçün göndərilən qazilərin sayı 63 nəfər təşkil edir: "Onlardan 7-si artıq sağalaraq Vətənə dönüb, 56 ağır yaralı qazimizin Türkiyədəki müalicəsi davam edir".

E. Hüseynovun sözlərinə görə, qazilər o halda ölkə xaricinə aparılır ki, səhiyyə müəssisələri həmin qazinin müalicəsinin ölkə daxilində mümkün olmadığı təsdiqləyir.

Fond rəhbəri onu da  deyib ki, bu günə qədər "YAŞAT" Fonduna 32 milyon manatdan artıq vəsait köçürülüb, bu vəsaitin 18 milyonu xərclənib.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Daxili siyasət