USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Parlamentdə təmsil olunan partiya nümayəndələri və deputatlarla görüş keçirilib


https://img.baki-baku.az/news/2021/03/photo_3183.png

Bu gün Milli Məclisin Sədri Sahibə Qafarova və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə “Siyasi dialoqun Azərbaycan modeli” mövzusunda onlayn formatda konfrans keçirilib.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin deputatı Elnur Allahverdiyev məlumat verib.

Deputat bildirib ki, parlamentdə təmsil olunan partiya nümayəndələri və deputatların iştirakı ilə keçirilən tədbirin başlıca mövzusu ölkədəki siyasi qüvvələr arasındakı qarşılıqlı anlaşma mühiti olub: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların əhəmiyyətli hissəsi siyasi proseslərə aiddir. Dövlət başçısının təşəbbüskarı olduğu siyasi dialoq ölkədaxili siyasi qüvvələr arasında pozitiv münasibətlərin formalaşması və möhkəmlənməsi, bunun isə öz növbəsində iqtisadi və sosial proseslərə müsbət təsiri göz önündədir. Siyasi dialoq mühiti bütövlükdə ölkəmizdə siyasi konfiquryasiyanın yenilənməsi, onun əməkdaşlıq müstəvisinə keçməsi üçün güclü stimul rolunu oynayır.

2020-ci ildə 7 yeni partiya qeydiyyata alınıb. Sonuncu dəfə partiyaların qeydiyyatı 2011-ci ildə baş vermişdi. Ötən il, həmçinin, siyasi partiyaların normal fəaliyyəti üçün onların qərargahla təminatı probleminin həllində ciddi yeniliklər baş verib. 20 siyasi təşkilata dövlət tərəfindən ofislər təqdim olunub. Azərbaycanın qanunverici orqanı - VI çağırış Milli Məclisdə 11 siyasi partiyanın nümayəndələri təmsil olunub, onların bir neçəsi bu siyasi təşkilatlara rəhbərlik edirlər.

Siyasi fikir müxtəlifliyinin əməkdaşlığının kiçik modeli olaraq Yasamal rayonunu qeyd edə bilərik. Rayonu təmsil edən 4 deputat və yerli İcra Hakimiyyəti tərəfindən ortaya çıxan problemlər və əhalinin qayğılarının həlli istiqamətində nümayiş olunan həmrəylik bir çox çətinliklərin müsbət həllinin başlıca səbəbi kimi çıxış edir. Prezidentin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı özünü əməli şəkildə təsdiqləyir”.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Daxili siyasət