USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib


https://img.baki-baku.az/news/2021/02/photo_2998.jpg

Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 11-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, video-konfrans formatında keçirilən iclasda Şura sədrinin müavini, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Şuranın üzvləri iştirak ediblər.

Tədbirdə Əli Əhmədov ötən dövr ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülmüş işləri, DİM-lərin icrası prosesində qurulmuş səmərəli əməkdaşlıq nəticəsində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) 2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında mövqeyinin yaxşılaşdığını diqqətə çatdırıb. Hesabata əsasən, ölkəmiz dünyanın 166 ölkəsi arasında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə 100 baldan 72,6 bal toplayaraq 54-cü pillədə qərarlaşıb və bu göstərici ilə bütün qonşu ölkələri geridə qoyub. Bildirilib ki, BMT-nin İqtisadi və Sosial Şurasının 2021-ci ilin iyul ayında keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycan Respublikası tərəfindən üçüncü Könüllü Milli Hesabat təqdim ediləcək və hazırda hesabatın hazırlanması ilə bağlı işlər aparılır. Azərbaycan regionda üçüncü dəfə Könüllü Milli Hesabat təqdim edəcək ilk ölkə olacaqdır.

İclasda “Milli prioritet kimi təsdiq edilmiş DİM göstəriciləri üzrə statistik məlumat istehsalı sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və bu çərçivədə hazırlanan 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması vəziyyəti”, “Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək üçün DİM-lərin icrası ilə əlaqədar Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında 2020-ci il üzrə yekun Hesabat” və “2021-ci ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumuna təqdim ediləcək Azərbaycan Respublikasının üçüncü Könüllü Milli Hesabatının hazırlanması ilə bağlı cari vəziyyət” mövzularında məruzələr dinlənilib.

Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması məqsədilə DİM-lərin icrası ilə əlaqədar 2020-ci il üzrə Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında Yekun Hesabat Şura üzvləri tərəfindən müzakirə edilərək təsdiq olunub, 2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf strategiyasının və Azərbaycan Respublikasının üçüncü Könüllü Milli Hesabatının hazırlanması ilə bağlı müvafiq tövsiyələr və tapşırıqlar verilib.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Daxili siyasət