USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Çinin məhşur qəzetində Mehriban Əliyeva haqqında yazı


https://img.baki-baku.az/news/2020/08/photo_297.jpg?v=MjAyMC0wOC0yOSAxNzowMjoxMg==

Çində və xaricdə çoxsaylı oxucusu olan ingilisdilli “China Daily” qəzeti “Mehriban Əliyevanın yorulmaz fəaliyyəti Azərbaycan xalqının dərin hörmət və məhəbbətini qazanıb” sərlövhəli məqalə yayıb.

Məqalə AZƏRTAC-ın “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqaləsi əsasında hazırlanıb.

Ümumilikdə 100 milyondan çox çap, onlayn, sosial şəbəkələr, mobil cihazlar üçün tətbiqlər üzrə abunəçisi olan “China Daily”də çıxan məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən, xeyirxah əməllərindən, ölkəsinin, onun mədəniyyətinin dünyada tanıdılması istiqamətindəki işlərindən söz açılıb.

Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Prezident İlham Əliyevlə çiyin-çiyinə ölkənin tərəqqisi üçün səylə çalışır. Azərbaycanı beynəlxalq aləmdə sidq-ürəkdən təbliğ edən, siyasəti mərhəmət və şəfqət kimi bəşəri dəyərlərlə zənginləşdirən, hər bir sahədə xoş məramı ilə fərqlənən Mehriban Əliyeva Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır.

Məqalədə Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri kimi dünya mədəni irsinin qorunması, sivilizasiyalararası dialoqun təşviqi, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması işinə verdiyi misilsiz töhfələrdən bəhs edilib.

"China Daily" yazır ki, 2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir. Ötən müddətdə bu yüksək və məsul vəzifədə gördüyü işlərlə Prezidentin və xalqın etimadını layiqincə doğruldur.

Bildirilib ki, Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinə həsr edib. Bundan başqa, o, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanan hərbçilərə qayğı göstərir, Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə təhsil, səhiyyə, mədəniyyət sahələrində irimiqyaslı layihələr icra edilir.

Məqalədə, həmçinin Mehriban Əliyevanın rəhbərliyi ilə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri, Heydər Əliyev Fondunun dəstəyi ilə modul tipli xəstəxanaların istifadəyə verilməsindən də bəhs olunub.

"China Daily" oxucularına Mehriban Əliyevanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan mədəniyyətinin, dövlətçilik ənənələrinin, tarixinin dünyada təbliği sahəsində davamlı, məqsədyönlü işi barədə də məlumat verib. Bundan başqa, Azərbaycanın Birinci vitse-prezidentinin idmanın inkişafı sahəsində gördüyü işlərdən də bəhs edilib, onun çoxlu beynəlxalq mükafatlara layiq görüldüyü vurğulanıb.

Qeyd edək ki, "China Daily" qəzeti və AZƏRTAC arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlığın əsası 2018-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammiti zamanı qoyulub və tərəflər əlaqələrin genişləndirilməsinə dair razılığa gəliblər. AZƏRTAC-ın materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet bir müddət əvvəl "Siyasətdə varislik: Azərbaycanın taleyini və simasını dəyişən 26 il", "İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident" sərlövhəli məqalələri də öz internet səhifəsində yerləşdirib.

Qəzet ilə sıx əməkdaşlığına, iki ölkə arasında informasiya mübadiləsindəki fəallığına, qəzetin həyata keçirdiyi layihələrdə fəal iştirakına görə AZƏRTAC-a "China Daily" tərəfindən "Fəxri beynəlxalq media tərəfdaşı-2019" mükafatı təqdim olunub.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət