USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kəlbəcərə yeni yol olacaq - "Çünki köhnə Kəlbəcər yolundan yalnız sülhməramlılar vasitəsilə istifadə edə bilirik"


https://img.baki-baku.az/news/2021/02/photo_2958.jpg

“Kəlbəcər rayonuna Gəncə-Toğanalı yolunu Ömər aşırımından keçməklə yol çəkiləcək. Gələn ay həmin yolun tikintisinə başlanılacaq”.

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr" mövzusunda keçirilən brifinqdə deyib.

“Hələlik düşmən qonşumuzla yaşayışı təmin edənə qədər biz bu yoldan istifadə edəcəyik. Çünki köhnə Kəlbəcər yolundan yalnız sülhməramlılar vasitəsilə istifadə edə bilirik. Yeni yolla bağlı 2 aydır ki, layihələndirilmə işləri aparılır. Bu işlərə Türkiyə şirkəti də cəlb edilib. Yol I texniki dərəcəyə uyğun, Ömər zirvəsinə qalxmadan çəkiləcək. Bu, tunel olacaq və onun uzunluğu 12 km-ə qədər nəzərdə tutulur. Lakin layihələndirmədən sonra az da ola bilər”, - deyə S.Məmmədov bildirib.

AAYDA sədri onu da deyib ki, gələn ilin may ayına qədər Bakı-Quba yolunun ödənişli hissəsi istifadəyə veriləcək. O bildirib ki, bu, ilk beton yoldur və onun təmiri mərhələli şəkildə aparılıb: “Artıq bu yolun bir hissəsinin təmiri başa çatdırılıb. Bakı-Quba yolunun 150 km-lik ödənişli istifadə üçün nəzərdə tutulan hissəsinin bu ilin sonuna qədər tamamlanması mümkün olmayacaq. Həmin hissənin 2022-ci ilin may ayına qədər təhvil verilməsi gözlənilir”.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Daxili siyasət