USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Müdafiə Nazirliyindən dezinformasiyalara cavab - Zakir Həsənov döyüşləri idarə edirdi


https://img.baki-baku.az/news/2021/02/photo_2957.jpg

Azərbaycan Müdafiə Nazirliyi sosial şəbəkələrdə müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qaralamağa çalışanlara cavab verib. Nazirlik bəyan edir ki, 44 günlük Vətən müharibəsində hərbi əməliyyatlara guya Zakir Həsənovun rəhbərlik etmədiyi haqda irəli sürülən iddialar uydurmadır.

"Bəzi elektron media resurslarında özünü “döyüşçü prokuror” adlandıran Fərman Rzayev tərəfindən Vətən müharibəsi dövründə ordumuzun itkiləri və Müdafiə nazirinin fəaliyyəti ilə bağlı əsassız və həqiqətə uyğun olmayan fikirlər səsləndirilib",-nazirliyin KİV-lərə verdiyi açıqlamada belə deyilir.

Nazirlik əlavə edib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı nəticəsində düşmən qat-qat çox itkilərə məruz qalıb: "Müdafiə naziri müharibə başlayan ilk gündən Ali Baş Komandanın rəhbərliyi altında keçirilən döyüş əməliyyatları zamanı qoşunların idarə edilməsini birbaşa həyata keçirib. Döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən general-polkovnik Zakir Həsənov “Zəfər” ordeni ilə təltif edilib. Bir daha kütləvi informasiya vasitələrini, eləcə də elektron media resurslarını əsassız, həqiqətə uyğun olmayan və rəsmi şəkildə təsdiqlənməyən məlumatları tirajlamaqdan çəkinməyə çağırırıq".

Qeyd edək ki, Fərman Rzayev öz müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Necməddin Sadıqov və digər vəzifəli şəxslər barəsində müxtəlif ittihamlar səsləndirib. Onun müsahibəsi YouTube kanallarında yayılıb.

Virtualaz.org




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Daxili siyasət