USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İşğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyət müzakirə edilib - MM konfrans keçirdi


https://img.baki-baku.az/news/2021/02/photo_2808.jpg

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə “Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyət, perspektiv layihələr və İnnovativ Qarabağ” mövzusunda onlayn konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda Komitə sədri Sadiq Qurbanov giriş sözü ilə çıxış edib, daha sonra Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Energetika nazirinin müavini Samir Vəliyev, İqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Kənd Təsərrufatı nazirinin müavini İlhamə Qədimova, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qarşıda dayanan vəzifələrlə bağlı fikirlərini bildiriblər.

Konfransda işğaldan azad edilmiş ərazilərə qayıdış, ətraf mühitin qorunması və enerji təminatı, sahibkarların quruculuq işlərinə cəlb olunması, işğaldan azad edilmiş ərazilərdə dövlət-özəl əməkdaşlığının perspektivləri,  bölgədə kənd təsərrüfatının inkişafı və digər məsələlər geniş müzakirə olunub.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Daxili siyasət