USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əflatun Amaşov: "Hər bir şəxs mövqeyindən, vəzifəsindən asılı olmayaraq, qanun qarşında bərabərdir"


https://img.baki-baku.az/news/2020/08/photo_276.jpg

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün facebook səhifəsində paylaşım edib. Həmin paylaşımı təqdim edirik:

"Hər bir şəxs mövqeyindən, vəzifəsindən asılı olmayaraq, qanun qarşında bərabərdir. İndiki həssas məqamda vəzifəli və cəmiyyətdə ictimai nüfuzu olan şəxs və ya şəxslər üçün qanunlara riayət həm də mənəvi məsuliyyət məsələsidir.

Son günlər cəmiyyətin reaksiyasını doğuran, belə demək mümkünsə, "toy olayı" kimi səciyyələndirilən hadisə onu deməyə əsas verir ki, kimlərsə nəinki qanuni, eyni zamanda daşımalı olduqları mənəvi məsuliyyəti unudublar. Koronavirus infeksiyası ilə bağlı elan edilmiş xüsusi karantin rejiminin şərtlərinə bu sayaq etinasızlıq da haqlı olaraq ölkə ictimaiyyətində narazılıq doğurur.

Hesab edirəm ki, bu, hər kəsin ciddi nəticə çıxarmalı olduğu olaydır. Prezident İlham Əliyevin bu gün Biləsuvar və Saatlı rayonlarına yeni təyin etdiyi icra hakimiyyəti başçılarını qəbul edəndə vurğuladığı kimi, qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır".




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət