USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Şuşanın baş planı hazırlanır


https://img.baki-baku.az/news/2021/01/photo_2358.jpg

“Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev deyib.

Prezident Adminstrasiyasının rəhbəri bildirib ki, Şuşa şəhərinə göndərilən böyük qrup çərçivəsində şəhərsalma üzrə mütəxəssislər də olub və Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılıb: "İlk növbədə, Şuşa şəhərinin ortofoto şəkli çəkilib və topoqrafiya işləri davam etdirilib. Eyni zamanda, ərazilərə baxış keçirilərkən orada dəymiş ziyanın qiymətləndirilməsi məsələsinə də diqqət yetirilir. Mövcud vəziyyət dəyərləndirilir və sənədləşdirilir.

Möhtərəm cənab Prezident, həyata keçirilən işlərin davam etdirilməsi üçün artıq bütün planlar hazırdır və yaxın günlərdə Sizə təqdim olunacaq”.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət